Türkiyə seçkiləri: Erdoğanın partiyası paytaxtı itirdi

Müxalifət tərəfdarları İstanbulda CHP-nin qələbəsini qeyd edir Fotonun müəllifi AFP
Image caption Müxalifət tərəfdarları İstanbulda CHP-nin qələbəsini qeyd edir

Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın partiyası paytaxt Ankarada nəzarəti itirib - bazar günü keçirilən bələdiyyə seçkilərində CHP qələbə qazanıb.

Cümhuriyyət Xalq Partiyasının həmçinin, çox güman ki, İstanbulda da nəzarəti ələ aldığı bildirilir. Bu, cənab Erdoğanın 16 illik hakimiyyətinə zərbə kimi görülür.

Ancaq Prezidentin partiyası AKP həm Ankarada, həm də İstanbulda səslərin düzgün hesablanmadığını iddia edir.

Bazar günü keçirilən yerli seçkilərdə AKP Türkiyə üzrə səslərin 51 faizindən çoxunu qazanıb.

Seçkilər iqtisadiyyatın zəiflədiyi bir zamanda keçirilir - lirə öz dəyərini ititrib, ötən ilin son üç ayında iqtisadiyyat durğunluq vəziyyətinə girib.

Prezident Erdoğan demişdi ki, bu seçkilər ölkə və onun partiyası üçün "qurtuluş" olacaq.

İstanbulda CHP öndədir

Fotonun müəllifi AFP
Image caption CHP-nin nümayəndəsi Ekrem İmamoğlu İstanbulda irəlidədir.

Türkiyə Mərkəzi Seçki Komissiyasının İstanbul üzrə açıqladığı nəticələrə görə, müxalifət partiyası olan CHP-nin nümayəndəsi Ekrem İmamoğlu irəlidədir.

Anadolu agentliyinin son məlumatına görə, İstanbulda Ekrem İmamoğlu 48,79 faiz səslə irəlidədir. AKP-nin İstanbuldan olan namizədi Binali Yıldırımın qazandığı səslərin faizi isə 48, 51-dir.

_________________________________________________________________

İztirab verən zərbə

Mark Lowen, BBC, Türkiyə

Prezident Erdoğan bu seçkiləri partiyası üçün "ölüm-dirim" məsələsi kimi təsvir etmişdi, odur ki, indi onu bu seçkilərdən aldığı iztirab verən zərbənin öhdəsindən gəlmək barədə düşünməlidir.

Son 25 ildə ilk dəfə olaraq onun partiyası paytaxt Ankaraya nəzarəti itirib.

İqtisadi mərkəz sayılan İstanbulda isə hakim AKP partiyası ilə müxalifət arasında səs fərqi cüzidir.

Hər iki tərəf 18 milyon əhalisi olan bu şəhərdə qələbə qazandığını iddia edir, rəsmi nəticələr arasında fərq 3000 səsdən azdır.

Səslərin 1 faizi hələ sayılmayıb, amma bülletenlərin hesablanması dayandırılıb - müxalifət deyir ki, bu taktikadan qələbənin oğurlanması üçün istifadə olunur.

Bu, Türkiyənin zəhmli və ziddiyyətli prezidenti üçün həlledici məqam ola bilər: uzun müddətdir ki, zəif sayılan müxalifət nəhayət ki, onun məğlub ola biləcəyini hiss etməkdədir.

Fotonun müəllifi Getty Images

CHP-nin son bir neçə yerli seçkidə qazana bilmədiyi və HDP-nin də bu seçkidə namizəd irəli sürmədiyi bölgələrdə CHP nümayəndələrinin HDP seçicisinin səsləri ilə öndə olması müşahidə olunur.

Ankara, Ardahan və Adana belə bölgələrdəndir.

HDP isə şərq və cənub-şərqdə bəzi bələdiyyələri itirib.

Bu barədə daha geniş