Komediya ustası Volodymyr Zelensky "Ukrayna prezidenti seçilib:" Uğurunun arxasında nə dayanır?

Volodymyr Zelensky Vladimir Zelenski Vladimir Zelenskiy Fotonun müəllifi Getty Images
Image caption Volodymyr Zelensky qeyri-rəsmi nəticələrə görə, ölkənin yeni prezidenti seçilib.

Ukraynanın məşhur komediya ustası Volodymyr Zelensky qeyri-rəsmi nəticələrə görə, ölkənin yeni prezidenti seçilib.

Bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda seçkidən sonra aparılan sorğulara görə, səslərin 73,3 faizini Zelensky, 24,3 faizini isə Petro Poroşenko qazanıb. Beləliklə, 5 ildir ölkəyə rəhbərlik edən Petro Poroşenko vəzifəsini itirib.

Əhalinin 62 faizinin qatıldığı seçkilərin martın 31-də keçirilmiş ilk turunda Zelensky 30,24 faiz, Poroşenko isə 15,95 faiz səs toplayaraq ikinci tura qalıblar. Keçmiş Baş nazir Yuliya Timoşenko isə üçüncü olub.

"Heç kimə xəyal qırıqlığı yaşatmayacam"

Seçki sonrası keçirilən sorğuların nəticələri açıqlandıqdan sonra böyük sevinc yaşayan 41 yaşlı Zelensky "məni dəstəkləyən və ya dəstəkləməyən bütün ukraynalılara təşəkkür edirəm. Heç kimə xəyal qırıqlığı yaşatmayacam" deyib.

Məğlubiyyətini qəbul etmiş Poroşenko isə "Ukrayna xalqı belə qərar verdi. Rəqibimi təbrik edirəm. Ukraynanı qorumaq üçün hamımız birləşməliyik. Vəzifədən gedirəm, lakin siyasətdən yox" söyləyib.

Zelensky-nin uğurunun arxasında nə dayanır?

Prezidentliyə namizədliyini bəyan etdiyi vaxt ölkə əhalisi tərəfindən ciddiyə alınmayan komediya ustası Zelensky seçkidə sürpriz bir yüksəlişlə rəqibləri ilə arasındakı fərqi artırıb.

Ona səs vermiş seçicilərin çoxu siyasətdə "yeni üz" axtarışında olan şəxslər və gənclərdən ibarətdir.

Bugünə qədər korrupsiyaya bulaşmaması, adı məşhur oliqarx İgor Kolomoysky ilə yanaşı çəkilsə də ortada onların qarışıq münasibətlər içində olmasına dair bir faktın olmaması, Ukraynada keçirilən bu seçkilərdə xalqın Zelensky-ni "yeni ümid" kimi görməsində önəmli rol oynayıb.

Seçki kampaniyası müddətində çox gözə görünməyən Zelensky-nin "sıradan, xalqdan biri" olduğunu vurğulaması şablon vədlərdən sıxılmış seçicilər üzərində öz təsirini göstərib.

Ukraynada bazar günü prezident seçkilərinin ikinci turu keçirilib.

Seçicilər prezidentliyə əsas namizədlərdən biri, ölkənin 5 il prezidenti olmuş milyarder Petro Poroşenko ilə televiziya komediya ustası Volodymyr Zelensky arasında seçim etməlidirlər.

Rəy sorğuları Zelensky-nin seçkiqabağı reytinqinin daha yüksək olduğunu göstərib.

Fotonun müəllifi AFP
Image caption Poroşenko seçkilərin necə təşkil edilməsindən fəxr duyduğunu bildirib.

Petro Poroşenko seçkidən əvvəl jurnalistlərə demişdi ki, kimin qalib gələcəyi vacib deyil: "Əsas olan Ukraynanın hansı strategiyanı, hansı yolu seçəcəyidir".

Zelensky isə bildirmişdi ki, seçkidə Ukrayna və ədalətli seçim zəfər çalmalıdır.

Bazar günü keçirilən seçkinin ikinci raundunda səs çoxluğu qazanan namizəd növbəti 5 il müddtinə Ukrayna prezidenti vəzifəsini tutacaq.

Zelensky kimdir?

41 yaşlı Zelensky "Xalqın qulluqçusu" adlı satirik siyasi televiziya serialında baş rol oynamaqla ölkədə tanınıb.

Bu serialda o, gözlənilmədən Ukrayna prezidenti vəzifəsinədək yüksələn müəllim rolunu oynayır.

Zelensky-nin indiki seçkilərdə namizədliyi eyniadlı siyasi partiya tərəfindən irəli sürülüb.

Apardığı seçkiqabağı kampaniyanın gedişində Zelensky özünün digər siyasətçilərdən fərqli olmasını xüsusilə qabardıb və bu cəhəti üstünlük kimi qələmə verib.

Müddəti bitməkdə olan hazırkı prezident Petro Poroşenko isə 2014-cü ildən hakimiyətdədir.

O, prezident seçkilərinin birinci turunun nəticələrini "ağır dərs" kimi qiymətləndirib.

Prezident seçkilərinin birinci turunda Poroşenkonun yığdığı səslər Zelensky-nin topladığı səslərdən az qala iki dəfə az olub.

53 yaşlı Poroşenko milyarderdir - o, öz sərvətini şirniyyat istehsalı və televiziya biznesi sayəsində toplayıb.

Fotonun müəllifi Reuters
Image caption Petro Poroşenko və Volodymyr Zelensky

Naməlumluğa doğru?

Jonah Fisher, BBC News, Kiyev

Ukraynalılar beş il prezidentlik etmiş Petro Poroşenko ilə onları naməlumluğa aparacaq komediya ustası, namizəd Volodymyr Zelensky arasında seçim etməlidirlər.

Volodymyr Zelensky komediya ustası kimi yaxşı tanınmasına baxmayaraq, bu prezident kampaniyası gedişində onun bir siyasətçi kimi keyfiyyətləri haqqında aydın təsəvvür formalaşmayıb.

Lakin o göstərib ki, hər halda televiziya serialında prezident rolunu oynamağa qadirdir.

Kiyev ölkənin şərqindəki Rusiyanın dəstəklədiyi qüvvələrlə müharibə vəziyyətindədir.

Prezident Poroşenko dəfələrdə vurğulayıb ki, Ukraynanın siyasi təcrübəsi olanlara ehtiyacı var.

Lakin Poroşenko üçün təəssüfedici nəticələr vermiş bütün rəy sorğuları göstərib ki, ukraynalılar korrupsiyalaşmış siyasətçilərdən və varlı oliqarxların əlində oyunacağa çevrilən siyasətçilərdən artıq cana doyub.

Bu barədə daha geniş