Ermənistanda 9 may "Qələbə və Sülh" günü kimi qeyd olunub

Video açılmırsa, YouTube-dan izləyin.

9 may - İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə əlaqədar bayram tədbirləri Yerevanın Qələbə parkında keçirilib. Tədbirdə ictimai və beynəlxalq təşkilat nümayəndələri, idarə və müəssisə, təhsil ocaqları, nazirlik və diplomatik idarə kollektivləri iştirak edib.

Yerevan Qələbə parkına baş çəkənlər Böyük Vətən müharibəsindən qayıtmayanların xatirəsinə əbədi məşəl önünə gül-çiçək, əklillər qoyub.

Ənənəvi olaraq, Sovet İttifaqının Böyük Vətən müharibəsində qələbəsi şərəfinə 1967-ci ildə ucaldılan "Ana Ermənistan" monumenti önündəki meydanda Ermənistan və Ermənistanda yerləşən Rusiya hərbi bazasının əsgərləri təntənəli marşla keçirlər.

Böyük Vətən müharibəsində qələbə günü münasibətilə Ermənistanda həmçinin "Ölməz alay" yürüşü təşkil edilir. Rusiyanın təşəbbüsü olan bu tədbirə Ermənistan 2016-cı ildən qatılıb.

"Ölməz alay" yürüşünün iştirakçıları əllərində Böyük Vətən müharibəsində ölən ata və babalarının foto şəkillərini aparır.

Əlaqəli mövzular

Bu barədə daha geniş