Mxitaryan Bakıya niyə gəlmədi - Yerevan sakinləri nə düşünür?

Video açılmasa, Youtube-da izləyin.

Arsenal klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final oyununu buraxmaq qərarını verib.

Arsenal klubu finalı Bakıda keçirmək barədə UEFA-nın qərarını tənqid edib. UEFA öz seçimini müdafiə edir, Azərbaycan tərəfindən Henrix Mxitaryana təhükəsizlik zəmanətinin verildiyini deyir.

BBC-yə müsahibəsində bunu Azərbaycanın Britaniyadakı səfiri də təsdiqləyib. Tahir Tağızadə həmçinin erməni soyadları olan azarkeşlərə giriş vizasının verilmədiyi barədə iddiaları rədd edib.

Bəs görəsən Mxitaryanın Bakıya gəlməməsi barədə Yerevanda nə düşünürlər?

Aleksey Manvelyan Yerevan sakinlərinin fikrilə maraqlanıb.

Bu barədə daha geniş