Trump-ın Ayətulla Xameneyini hədəfləyən sanksiyaları nə deməkdir?

Trump Fotonun müəllifi Getty Images

ABŞ Prezidenti Donald Trump İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını bildirib. Hədəfə alınanlar arasında ölkənin Ali Dini lideri Ayətulla Əli Xameneyi də var.

Cənab Trump deyib ki, yeni sanksiyalar ABŞ dronunun vurulması və "digər bir çox şeylərə" cavabdır.

İki ölkə arasında gərginlik son həftələrdə daha da yüksəlməkdə idi.

Keçən həftə İran Körfəzdə pilotsuz ABŞ dronunu vurub salmışdı.

İran xarici işlər naziri Cavad Zərif sanksiyaların imzalanmasından sonra Twitterdə Trump administrasiyasının "müharibəyə susadığını" yazıb.

ABŞ Xəzinə katibi Steve Mnuchin deyib ki, Trump-ın icra - iranlıların "milyardlarla" dollarlarını bloklayacaq əmri Tehranın keçən həftə körfəzdə ABŞ-ın pilotsuz dronunu vurmasından daha əvvəl hazırlanırdı.

BMT Təhlükəsizlik Şurası tərəfləri sakit olmağa və diplomatiyadan istifadə etməyə çağırıb.

Fotonun müəllifi AFP
Image caption Yeni sanksiyalar Ali Dini Liderə də şamil olunacaq.

Ayətulla Əli Xameneyinin hədəflənməsinə səbəb, Trump-ın təbirincə, "rejimin düşmən davranışına məsuliyyət daşıması" olub.

Sanksiyalar "Tehrana təzyiqləri artırmaqda davam edəcək" - cənab Trump deyib və əlavə edib ki, "İran heç zaman nüvə silahına sahib ola bilməyəcək".

BBC müxbiri Barbara Usher-Plett yazır ki, Ayətulla Əli Xameneyiyə sanksiya qoyulması əhəmiyyətlidir.

"O, İranın Ali Dini Lideridir, İran siyasəti və hərbiyyəsində son söz ona məxsusdur və onun çox böyük iqtisadi gücü var. Setad kimi tanınan təşkilatı idarə edən Xameneyi təqribən 95 milyard dollarlıq maliyyəsi ilə biznesə daxil olub.

Setad bundan əvvəl də ABŞ sanksiyaları altında idi, lakin Prezident Trump daha da irəli getdi, Ayətulla ilə bağlı hamını - ehtimal ki, şirkət şuralarında oturanlar, yaxud onun çoxsaylı "kölgə hökuməti"ni hədəflədi.

Belə ki, ABŞ administrasiyası artıq mövcud olan nəhəng neft və maliyyə sanksiyaları ilə təzyiqi daha da sərtləşdirir və Tehranın nəticə etibarilə təslim olmaq və danışıqları qəbul etməsini gözləyir.

ABŞ tələb edir ki, İran öz nüvə proqramını və raket istehsalını cilovlasın və tərəfdaş ərəb qiyamçılarına dəstəyi dayandırsın.

Dövlət katibi Mike Pompeo bəyan edib ki, "maksimal təzyiq" kampaniyası regional hərbi əməliyyatlarını dəstəkləmək üçün İranın gəlirlərini inkar edir.

Bu cənab Pompeo kimi İran rejiminin ABŞ-ın tələb etdiyi kimi dəyişəcəyinə inanmayan şəxs üçün daha əhəmiyyətli məqsəd ola bilər".

Həmçinin oxuyun:

Bu barədə daha geniş