Madmazel Coco: Türkiyədə “Drag Queen” olmaq - şəkillərdə

Matmazel Coco Fotonun müəllifi EPA / SEDAT SUNA

Parıltılı kostyumda feminin bir bədən, işıltılı makiyajı və parlaq boyalı dodaqları olan qərarlı bir üz… Az sonra "Drag Queen" madmazel Coco-ya çevriləcək teatr aktyoru və LGBT fəalı trans Seyhan Arman səhnəyə çıxmağa hazırlaşır.

EPA/EFE xəbər agentliyinin fotomüxbiri Sedat Suna 39 yaşlı Seyhan Armanın Türkiyədə "Drag Queen" sənətini necə səhnələşdirdiyini, aktyor və trans Seyhanın İstanbulda necə yaşadığını fotolarda əks etdirib.

Madmazel Coco Fotonun müəllifi EPA / SEDAT SUNA

Seyhan Arman deyir ki, "Madmazel Coco xəyali bir dünyada yaşayır. Amma həm də siyasi obrazdır. İnsanları əyləndirib siyasi idrak formalaşdırır".

2014-cü ildən səhnədə olan bu obrazı Seyhan belə xarakterizə edir:

"Madmazel Coco çox iş görür! Konsert verir, səhnədə performans, toylarda şou göstərir, bəzən karaoke oxuyur… Məni çox zənginləşdirir, tamaşaçılarsa zövq alırlar. Birlikdə əylənirik".

Madmazel Coco Fotonun müəllifi EPA / SEDAT SUNA

Türkiyədə trans olmaq asan məsələ deyil.

Hüquq müdafiəçiləri deyirlər ki, transfobiyanın ən yüksək səviyyədə olduğu ölkələrdən olan Türkiyədə 2018-ci ildə 5 trans öldürülüb.

Son on ildə öldürülən transların sayı 60-a yaxındır.

Translar iş tapmağa da çətinlik çəkirlər.

Soyadını demək istəməyən trans Dəmət EFE xəbər agentliyinə müsahibəsində belə deyib:

"Bir trans olaraq az qala yeganə alternativimiz seks işçisi olmaqdır.

Bundan uzaq durmağı bacaranların hamısı ailələrindən və dostlarından yardım alır".

Madmazel Coco Fotonun müəllifi EPA / SEDAT SUNA

Seyhan Armansa həyatını teatra həsr edib.

Adanada doğulmuş Arman kiçik yaşlarından səhnədədir.

O, İstanbula 2000-ci ildə köçüb.

Dönüb keçmişinə baxanda "Mən bütün həyatım boyu trans qadın olmuşam. Özümü, ruhumu tanıyıram" deyir.

Arman hamı kimi olmadığını ibtidai siniflərdə hiss edib, amma bu fərqliliyin mənasını anlaya bilməyib:

"Nə bir transseksual tanıyırdım, nə də homoseksual. Elə bilirdim ki, dünyada belə olan təkcə mənəm".

Seyhan Arman özünün yazıb səhnələşdirdiyi "Yalandan kabare" tamaşasındakı performansına görə "ən yaxşı oyunçu" mükafatına namizəd göstərilib.

Bu uğurundan sonra bir çox televiziya serialında və filmdə rol alıb.

Son olaraq Netfix kanalındakı "Pose" serialında Electra adlı trans obrazı səsləndirib.

Madmazel Coco Fotonun müəllifi EPA / SEDAT SUNA

Teatrdakı fəaliyyətindən başqa, Seyhan Arman həm də LGBT hüquqlarının qatı müdafiəçisi və "Lambda İstanbul" qeyri-hökumət təşkilatının aktiv üzvlərindən biridir:

"Transseksuallıq ictimai məsələdir. Bizim kim olduğumuz, cəmiyyətdən necə münasibət gördüyümüz ortadadır.

Bəlkə də insanlara bir az qəribə görünür, çünki kimliyimizi gizlətmirik. Kişilik kimi müqəddəs hesab olunan bir şeyi qorumadığımız üçün hörmətsiz adamlar sayılırıq.

Bizə "Siz qadın deyilsiz" deyənlər də var".

"Mən hamımızın birlikdə yaşaya biləcəyinə inanıram. Başqaları da mənim kimi düşünə bilərlər. Nifrət püskürmədən.

Etnik mənsubiyyətin və ya cinsi yönümün önəmli olmadığını dərk etdiyiniz zaman özünüzü daha rahat hiss edə bilirsiz".

Fotoqraf: EPA/EFE xəbər agentliyinin fotomüxbiri Sedat Suna

Bu barədə daha geniş