İran həbs etdiyi "ABŞ casuslarının" bəzisinə ölüm hökmü verdiyini deyir

İran körfəz neft tankeri ABŞ Böyük Britaniya İran Körfəzində gərginlik artır Fotonun müəllifi EPA

İran bəzilərini ölümə məhkum etməklə 17 CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) casusunu həbs etdiyinin bildirir.

İranın Kəşfiyyat Nazirliyi şübhəlilərin nüvə, hərbi və digər sektorlarla bağlı məlumat topladığını söyləyib.

ABŞ prezidenti Donald Trump, İranın iddialarının rədd edərək, onların "tamamilə yalan" olduğunu deyib.

Washington və Tehran arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılığı var və iki ölkə arasındakı gərginlik artan xətlə davam edir.

Cənab Trump ötən il İranla olan beynəlxalq nüvə sazişindən imtina etdi və ABŞ bu ölkəyə qarşı geniş iqtisadi sanksiyalar tətbiq etdi.

Bir müddət əvvəl iki ölkə arasında İran körfəzində hərbi konflikt yaşanıb.

İranın həbsləri elan etməsindən az sonra cənab Trump "İranla anlaşmaq istəmək mənim üçün çətinləşir" deyib.

Biz casusluq məsələsi ilə bağlı nə bilirik?

İran bildirir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləməkdə şübhəli bilinən casuslar bu ilin martına qədər olan 12 aylıq müddət ərzində həbs olunublar.

"Həbs olunan şəxslərin hamısı iranlılardır və onlar "həssas mərkəzlərdə" - hərbi və nüvə bazalarında, həmçinin bir-birinə bağlılığı olmayan özəl sektorda çalışıblar", İran kəşfiyyatında çalışan bir rəsmi şəxs reportyorlara deyib.

Lakin həmin şəxs 17 nəfərdən neçəsinin ölüm hökmünə məhkum olunduğunu və hökmün nə vaxt verildiyini açıqlamayıb.

İranın Kəşfiyyat Nazirliyinin Casusluq şöbəsindən İSNA Xəbər Agentliyinə verilən məlumatda deyilib ki, "saxlanılan casuslardan haqqında hökm çıxarılanların bəziləri onlardan "yer üzünü dağıdanlar" (bu maddə İranda İslam qanunları ilə ölüm cəzası veriləcək deməkdir) maddəsi ilə ölüm hökmünə göndəriləcəklər".

Bazar günü İranın Kəşfiyyat naziri Mahmud Ələvi "ABŞ-la əməkdaşlıq edən casuslar"ın həbsi ilə bağlı sənədli filmin İran Televiziyasında göstəriləcəyini elan edib.

Nazirlik həmçinin sözügedən sənədli filmin treylerinin, casusların nazir Ələvi və digər rəsmilərlə görüş və sorğularının yer aldığı CD də buraxıb.

Bu casuslardan bəzilərinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ABŞ-a getmək istəyən İran vətəndaşları üçün qurduğu "viza tələsinə" düşdüyunu deyən Mahmud Ələvi əlavə edib ki, "onlardan bəzilərinə yeni viza almaq üçün, digərləri isə əvvəldən aldıqları və Mərkəzi Kəşfiyyat İdarəsi təkidi ilə əvvəldən aldıqları vizanı yeniləmək üçün sənəd verərkən yaxınlaşıblar".

O, bəzi şəxslərin isə pul, gəlirli iş və tibbi xidmət vədləri ilə aldadıldığını söyləyib.

İranın Press TV kanalı ABŞ "Mərkəzi Kəşfiyyat İdarəsinin şəbəkəsinin" çatlaması haqda sənədli filmi nümayiş etdirib.

Ötən ay İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi olan bir şəbəkəni zərərsizləşdirdiyini bildirmişdi, lakin İranın bazar ertəsi günü verdiyi elanın bu məsələ ilə əlaqəli olub-olmadığı bəlli deyil.

Mövcud böhranın əsasında nə dayanır?

Dünyanın əsas dəhlizlərindən olan Hörmüz boğazında baş vermiş bir sıra insidentdən sonra İran, ABŞ və Böyük Britaniya arasındakı yüksək gərginlik qalmaqda davam edir.

Cümə günü İran strateji sularda Böyük Britaniyanın bayrağını dalğalandıran neft tankerini saxlayıb. Tehran bundan öncə Böyük Britaniyanın iyul ayının əvvəlində Gibraltar sahillərində bir İran tankerini ələ keçirməsindən sonra qisas alacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Cənab Trump ötən həftə geri dönməkdən imtina etmiş İranın pilotsuz təyyarəsinin ABŞ Hərbi Dəniz Qüvvəıləri tərəfindən məhv etdiyinin bildirmiş, lakin İran tərəfi bu xəbəri təkzib etmişdi.

Ötən ay İran ABŞ-ın müşahidə dronunu "İranın hava sahəsinə icazəsiz girdiyi üçün" vurub. Lakin ABŞ Ordusu dronun vurularkən beynəlxalq sular üzərində olduğunu və bunun xəbərdarlıqsız hücum kimi pisləyib.

ABŞ həmçinin İranı iki ayrı-may və iyun aylarında Oman körfəzindəki neft tankerlərinə hücumda günahlandırır, İran isə bu iddiaları rədd edir.

Bu barədə daha geniş