İsti hava: daha yaxşı yuxu üçün 10 məsləhət

isti hava daha yaxshi yuxu Fotonun müəllifi Getty Images

Temperatur artdıqca insanların beynini bir fikir məşğul edir: keyfiyyətli gecə yuxusunu necə almalı?

İstilərlə mübarizədə bəzi üsulları sınaqdan keçirə bilərsiniz.

1. Mürgüləmək olmaz

İsti hava insanları davamlı olaraq yuxulu hiss etdirir. Bu, həmin havalarda daxili istiliyi tənzimləməyə daha çox enerji sərfi ilə bağlıdır.

Lakin əgər sizin gecə yuxunuz artıq pozulubsa, çalışın gün içində mürgüləməyin. İsti havada yaxşı yatmaq vacibdir - ona görə də yatmağı yuxu vaxtına saxlayın.

2. Həyat tərzinizi dəyişməyin

İsti hava sizi vərdişlərinizi dəyişməyə sövq edə bilər. Etməyin. Bu, yuxu rejiminizi poza bilər.

Gündəlik yuxu vaxtınızı və həyat tərzinizi qorumağa çalışın. Yatmazdan əvvəl gördüyünüz işlərinizi təxirə salmayın.

3. Sərin saxlayın

Ən önəmli məsələlərdən biri yataq otağını gecə mümkün olduğu qədər sərin saxlamaqdır.

Gün ərzində pərdələri və ya kölgəlikləri bağlayın ki, günəş şüalarının içəri dolmasının qarşısını ala biləsiniz. Bir də çalışın ki, evinizin günəşli tərəfindəki pəncərələri bağlı saxlayasınız. Bu, sizə isti havanı evə doldurmağın qarşısını almağa imkan verəcək.

Yatağa getməzdən əvvəl isə evdəki bütün pəncərələri açıq qoyun ki, yelçəkər yaransın.

4. Yataq

Yatağınızı incəldin və pambıq örtükləri saxlayın, çünki onlar təri hopdurmaq üçün uyğundurlar. Həm də yataq otağınız hər nə qədər isti olsa da, gecə boyunca bədən istiliyi aşağı düşür və bəzən üşüdüyünüz üçün yuxudan ayılırsınız.

5. Ventilyator

Hətta lap kiçik ventilyator belə isti havada həssaslıq verə bilər, xüsusilə nəmişlik varsa.

O, bədəninizdəki təri buxarlanmağa sövq edərək və sizin daxili istiliyinizi tənzimləməyə kömək edir.

Əgər ventilyatorunuz yoxdursa, isti su üçün olan butulkaya buz kimi soyuq məhlul töküb istifadə edə bilərsiniz.

Alternativ olaraq, corabları soyuducuda saxladıqdan sonra geyinə bilərsiniz. Ayaqlarınızı sərin saxlamaq ümumi bədən və dəri istiliyinizin aşağı düşməsinə səbəb olacaq.

6. Kifayət qədər su için

Gün ərzində yetərli miqdarda su için. Lakin yatağa getməzdən əvvəl suyun miqdarını azaldın.

Ehtimal ki, yuxudan susuz oyanmaq istəmirsiniz - lakin eyni zamanda yuxunun şirin vaxtında vanna otağına əlavə "səfər" etmək də istəməzsiniz.

7. Nəyi içdiyiniz haqda yaxşı düşünün

Yüngül içkilərlə ehtiyatlı olun. Bu içkilərin bir çoxu böyük miqdarda kofein ehtiva edir, bu da mərkəzi sinir sistemini stimullaşdırır və yuxunu qaçırır.

Yüksək miqdarda alkoqol istifadəsindən də çəkinin. Bir çoxları isti havada daha çox sosiallaşdıqları üçün daha çox alkoqol qəbul edirlər.

Spirtli içkilər insanı erkən yatmağa təşviq etsə də, erkən də oyanmağa sövq edir, üstəlik, ümumilikdə yuxunun keyfiyyətinə pis təsir edir.

8. Sakit olun

Əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə, yataqdan qalxın və sakitləşdirici nə isə edin. Kitab oxuyun, nə isə yazın, corablarınızı da qatlaya bilərsiniz. Bircə əmin olun ki, telefonunuzla oynamırsınız və ya hansısa video oyuna köklənməmisiniz - mavi işıq yuxunu qaçırır və hərəkəti stimullaşdırır.

Özünüzü yuxulu hiss etdiyiniz anda yatağa geri dönün.

İsti hava bədənə necə təsir edir?

Susuzluq: yetərli miqdarda su için ki, sidiyə getmə, tərləmə və nəfəs yolu ilə itirdiyiniz suyu bərpa edəsiniz.

Həddindən artıq isinmə: nəfəsalma və ürək problemi olan şəxslər üçün problem yarada bilər. Simptomlar arasında dərinin qıcıqlanması, baş ağrısı və ürəkbulanma var.

Yorğun düşmək: bu, bədən su və ya duz itirdikdə baş verir. Zəif hiss etmək, əzələ ağrısı da simptomlardan sayılır.

Yüksək temperatur: bədən istiliyi 40 dərəcə və daha çox yüksəldikdə bunun simptomları istilik əldən düşməsinə bənzəyir. Lakin yüksək istilik zamanı insan huşunu itirə bilər. Eyni zamanda dəri quruyur və tərləmə dayanır.

Fotonun müəllifi Getty Images
Image caption İsti havada ilıq vanna qəbulu yaxşı yatmağa kömək edə bilər.

9. Uşaqları unutmayın

Uşaqlar ümumiyyətlə olduqca rahatdırlar, lakin isti olduğu üçün çox həssas və rutindirlər.

Balacaların yataq rejiminin bir hissəsi olaraq, ilıq vanna qəbulu məsləhətdir, lakin əmin olun ki, su çox soyuq deyil, çünki bu zaman bədən öz istiliyinin saxlamaq üçün reaksiya verməyə başlayır.

Uşaqlara onlara isti və ya soyuq olması haqda sizə məlumat verə bilmirlər. buna görə də onların istiliyinin davamlı ölçmək vacibdir.

Termometri uşaq yatarkən qoyub onun istiliyinin yoxlaya bilərsiniz, və ya əllə uşağın alın, boyun və ya qarnına toxunmaqla da ona isti olub-olmadığını yoxlamaq mümkündür.

10. Öhdəsindən gələ bilərsiniz

Bir çoxları normal fəaliyyətə lazım olan keyfiyyətli yuxunu almaq üçün 7-8 saata ehtiyac duyur.

Lakin unutmamalı ki, bir gecədə iki dəfə bölünmüş yuxu ilə hələ də normal fəaliyyət göstərə bilənlər var. Bircə, siz adət etdiyinizdən fərqli olaraq, bir qədər tez-tez əsnəyə bilərsiniz, vəssalam.

Bu məsləhətlər Loughborough University-nin Kliniki Yuxu Araşdırmaları Bölməsinin professor Kevin Morqan və Yuxu Konsulluğundan Lisa Artis-in ın təklifləri əsasında hazırlanıb.

Bu barədə daha geniş