Alexey Navalnı: Rusiya müxalifətinin lideri xəstəxanadan çıxıb

Navalnı Fotonun müəllifi Reuters

Rusiyanın müxalifət lideri Alexey Navalnının həkiminin bildirdiyinə görə, o xəstəxanadan çıxıb.

Ötən həftə saxlanılmış Aleksey Navalnı yenidən həbsxanaya qayıdacaq.

Bundan əvvəl Navalnının həkimləri onun qəfil xəstəliyinin səbəblərini müəyyən etmək üçün yoxlamalar aparırlar.

Aleksey Navalnının xəstəliyi bazar günü başlayıb.

İlkin xəbərlərdə güman olunurdu ki, onun üzünün şişməsi, gözündə problem və bədənin səpməsi onun allergiyaya kəskin reaksiyasının nəticəsi olub.

Lakin Navalnının şəxsi doktoru bazar günü bildirib ki, Navalnının bu vaxtadək heç bir allergiyası olmayıb.

Həkimi Navalnın "hansısa zəhərli maddənin" təsirinə məruz qaldığını istisna etməyib.

Aleksey Navalnının tibbi komandası onunla bazar ertəsi günü görüşə nail olduğunu və müstəqil yoxlamadan keçirmək üçün Navalnının mayka və saç nümünəsinin sifariş olunduğunu bildirib.

Təcridxanadan xəstəxanaya

İcazəsiz etiraz aksiyasında iştirak etmək çağırışlarına görə iyulun 24-də 30 sutkalığa həbs olunan Rusiya müxalifət lideri Aleksey Navalnı "allergiyaya reaksiya" diaqnozu ilə Moskvadakı 64 nömrəli xəstəxanaya yerləşdirilib.

Navalnının vəziyyəti ilə bağlı rəsmilərdən bir açıqlama olmadığı halda, onun sözçüsü Kira Yarmış muxalifət liderinin allergiya reaksiyası nəticəsində üzünün şişdiyini və qızardığını, belə halın ilk dəfədir ki baş verdiyini bildirib.

Kira Yarmış Twitter səhifəsində qeyd edib ki, Navalnı bazar günü səhər "kəskin allergiya reaksiyası" diaqnozu ilə xəstəxanaya gətirilib.

"Allergiya reaksiyasının mənbəyi müəyyən edilməyib. İndiyədək Alekseydə belə allergiya reaksiyası müşahidə olunmayıb", - Kira Yarmış özünün Twitter səhifəsində yazıb.

Fotonun müəllifi AFP

Aleksey Navalnının silahdaşı Leonid Volkov isə Navalnının allergiyasını "qəribə" adlanıdırıb.

Onun təbirincə, "mitinqin təşkilində pozuntulara yol verdiyinə görə" iyun ayında həbs olunduqdan sonra onu Navalnının saxlandığı kameraya salmışdılar.

"Həbsdən çıxandan dərhal sonra üz-gözüm şişdi, bir həftəyədək xəstə yatdım. Görünür, Alekseydə də eyni simptomlardır, nəsə qəribə bir allergiyadır", - Leonid Volkopv Twitter-də yazıb.

"O, xəstəxana palatasındadır, vəziyyəti qənaətbəxşdir", - Interax agentliyinə xəstəxanadan deyilib.

Bu barədə daha geniş