Rusiyada partlayış: Beş nəfərin ölümü təsdiqlənib

Rusiyanın qanadlı raketi Fotonun müəllifi Rusiya Müdafiə Nazirliyi
Image caption Rusiyanın qanadlı raketi arktik şimalda sınaqdan keçirilərkən (tarixi şəkil)

Rusiyanın arktik donanma silah sinaq sahəsində cümə axşamı günü baş vermiş partlayışda beş nəfər həlak olub və üç nəfər xəsarət alıb, dövlət nüvə şirkəti Rosatom bildirib.

Rosatom partlayışın bir maye yanacaqdan istifadə edən raket mühərrikin sınaqlardan keçərkən baş verdiyini bəyan edib.

Şirkət yaralanan üç işçisinin ağır yanıq xəsarətləri aldıqlarını qeyd edib.

Hakimiyyət əvvəl yaydığı bəyanatlda Nyonoksada baş vermiş partlayışda iki nəfərin həlak olduğunu və altı nəfərin xəsarət aldığını bildirmişdi.

Rosatom Rusiya mediasına bildirib ki, şirkətin mühəndisləri və texniki komandası raketin mühəriki üçün "isotoplu enerji mənbəyi" üzərində işləyirdilər.

Rusiya donanmasının demək olar ki, istifadə etdiyi bütün raket sistemləri, o cümlədən anti-təyyarə raketləri, qanadlı raket sistemləri və qitələrarası ballistik raketlər Nonoksada sınaqdan keçirilir.

Nyonoksadan 47 kilometr şərqdə yerləşən Severodvinsk şəhərinin icra hakimiyyəti partlayışdan sonra 40 dəqiqə ərzində şəhərdəki radiasiya səviyyəsinin normaldan artıq olduğunu, lakin bu müddətdən sonra normala qayıtdığını bəyan edib.

Yerli əhalinin kütləvi şəkildə yod aldıqlarına görə, Arxangelsk və Severodvinsk şəhərlərinin apteklərində yod tükənməyə başlayıb, yerli mətbuat bildirib.

Kiçik səviyyəli və kəskin radiasıya artımı

Yerli mətbuat həmçinin xəsarət alanları ərazidən təxliyə edən həkimlərin radiasiyadan qorunmaq üçün qoruyucu kostyum geyindiklərini yazıb.

Cümə axşamı günü, Severodvinsk icra hakimiyyəti partlayışdan sonra 40 dəqiqə müddətində şəhərdəki radiasiya səviyyəsinin saatda 2 mikrozivertə çatdığı, bundan sonra isə normal səviyyəyə, saatda 0,11 mikrozivertdə qayıtdığını bildirib. Hər iki rəqəm radiasiya zəhərlənməsinə səbəb ola biləcək miqdardan aşağıdır.

Severodvinsk icra hakimiyyəti bu bəyanatı artıq saytından pozubdur. Yerli rəsmilər BBC-ə cavablarında bəyanatı silmələrinə səbəbin, bu hadisənin "müdafiə nazirliyinin səlahiyyəti altında" olduğu ilə izah ediblər.

Müdafiə nazirliyi isə "atmosferə heç bir ziyanverici kimyəvi materialların [buraxılmadığını] və radiasiya səviyyəsinin normal" olduğunu israr edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş