Moskvada mitinq keçirilən gün Putin Krımda motosiklet sürürdü

Putin və baykerlər Fotonun müəllifi Reuters

Şənbə günü Moskvada və digər Rusiya şəhərlərində ədalətli seçki və həbsdə saxlanılan fəalların azadlığa buraxılması tələbiylə mitinqlərin keçirildiyi bir vaxt prezident Putin vaxtını bayker dostlarının əhatəsində keçirərək Krımı motosikletdə gəzib.

Həftəsonu Putin Rusiyanın "Gecə canavarları" bayker klubun təşkil etdiyi motosiklet şousunda iştirak etmək üçün Krıma gəlib.

Ural markalı motosikleti idarə edən Rusiya prezidenti tədbir zamanı motosilketçilər karvanının önündə hərəkət edib.

Putini Krımda yerli rəsmilər və "Gecə canavarları" klubunun lideri, "Xirurq" (cərrah) ləqəbiylə tanınan Aleksandr Zaldostanov müşayiət ediblər.

Zaldostanovun motosikletində SSRİ gerbini xatırladan, lakin Yer kürəsi əvəzinə Rusiyanın dövlət rəmzi olan ikibaşlı qartalın təsviri olan qəribə gerbli Rusiya bayrağı dalğalanıb.

Fotonun müəllifi Reuters
Fotonun müəllifi Reuters

Vladimir Putin ilk dəfə deyil ki, "Gecə canavarlarının" təşkil etdiyi tədbirlərdə iştirak edir.

Baykerlər də Putini təbliğ edən tədbirlərin daimi iştirakçıları olub.

Fotonun müəllifi Reuters
Fotonun müəllifi Reuters
Fotonun müəllifi Reuters
Fotonun müəllifi Alexei Druzhinin/TASS
Fotonun müəllifi Alexei Druzhinin/TASS

Krımda olduğu vaxt Rusiya prezidenti uşaq dərnəklərinə də baş çəkib, uşaqlarla görüşüb.

Ukrayna XİN-i Putinin Sevastopola səfəri ilə əlaqədar etirazını bildirib.

Rəsmi Kiyev bəyanatında qeyd edib ki, Putinin Krıma səfəri "Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün Rusiya tərəfindən köbud pozulması" kimi qiymətləndirilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş