Rusiya ilə Ukrayna arasında əsirlərin dəyişdirilməsi həyata keçirilir

Əsirlərin dəyişdirilməsi

Rusiya ilə Ukrayna arasında çoxdan gözlənilən əsirlərin dəyişdirilməsi nəhayət həyata keçirilir.

Dəyişdirilməsi planlaşdırılanlar arasında 24 ukraynalı dənizçi və 2014-cü il Malaysian Hava Yollarının vurulması ilə əlaqədar saxlanmış Volodimir Tsemax da var.

Əsirlərin dəyişdirilməsinin iki ölkə arasında gərginliyi azaldacağına ümid edilir.

Ukrayna və Rusiya arasında münasibətlər 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində Rusiyanın dəstəyi ilə baş tutmuş üsyandan sonra kəskin şəkildə pisləşməyə başlayıb.

Ukraynanın şərqindəki Donetsk və Luhans regionlarında münaqişə nəticəsində 13 000-dən çox insan həlak olub.

Fotonun müəllifi AFP
Image caption Volodimir Tsemax bu ilin əvvəli Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazidə ələ keçirilib

Bu ilin aprel ayında Ukraynada seçilmiş yeni prezident Volodimir Zelenski bildirib ki, onun prioriteti münaqişəni sona çatdırmaqdır.

Hər iki tərəfdən ümumilikdə 35 əsirin dəyişdiriləcəyi gözlənilir. Rusiyanın siyahısında keçən ilin noyabr ayında Krımda həbs edilmiş 24 ukraynalı dənizçi əsas təşkil edir.

Bu barədə daha geniş