Kim Kardashian Ermənistanda alt paltarı bazarını öyrənmək niyyətindədir

Kim Kardashian Fotonun müəllifi KAREN MINASYAN

Məşhur amerikalı "reality show" ulduzu Kim Kardashian bu gün Yerevanda keçən 23-cü Beynəlxalq İnformasiya Texnologiyaları Konqresinin (WCIT 2019) xüsusi qonağı qismində iştirak edir.

Onun "İdeyalar bazarı" plenar iclas çərçivəsində çıxışı "müasir texnologiyaların KİV, jurnalistika və incəsənətə təsiri" mövzusuna aiddir.

Onu Ermənistana səfərdə böyük bacısı Kourtney Kardashian və uşaqları müşayiət edirlər.

Kim Kardashian Ermənistanda alt paltarı bazarını öyrənmək niyyətindədir, səfəri ərəfəsində informasiya vasitələri xəbər verib. Deyilənə görə, Kardashian əri Kanye West ilə Ermənistanda korreksiya edən alt paltar istehsalını tətbiq etmək istəyirlər. Bu barədə Kim Kardashian öz Twitter-ində də qeyd edib.

Fotonun müəllifi KAREN MINASYAN

Bazar ertəsi Kim Kardashian-ın onu bütün günü hotelin qarşısında gözləyən pərəstişkarları ilə bir neçə saniyəlik ünsiyyəti olub, o, mühafizəçilərinin arxasından pərəstişkarlarına əl edib.

Mühafizəçilər Kardashian-ın yaxınlığına heç kəsi buraxmayıblar.

Səhər isə Kim Kardashian, bacısı Kourtney və uşaqları ilə Eçmiadzin Kilsəsində olub, Kim Kardashian kiçik uşaqlarını xaç suyuna saldırıb.

Fotonun müəllifi CIVILNETTV.AM
Image caption Kim Kardashian 23-cü Beynəlxalq İnformasiya Texnologiyaları Konqresində (WCIT 2019) iştirak üçün Yerevana gedib

Mərasim zamanı, necə deyərlər, xaç suyuna salınaraq xristian edilənlərə müvafiq xristian adları verilir.

Kim Kardashian oğlu Psalm üçün - Vardan, qızı Chikago üçün - Aşxen, oğlu Saint üçün - Qriqor adlarını seçib.

Kanye West-lə Kim Kardashian-ın böyük qızı North üçün isə xaç suyuna salma mərasimi 2015-ci ildə Qüdsdə (Yerusəlimdə) keçirilib.

WCIT 2019 konqresi Yerevanda oktyabrın 6-da başlayıb və 3 gün davam edəcək. Tədbirdə 60 ölkədən 2 mindən çox nümayəndə iştirak edir.

Bu barədə daha geniş