Ermənistanın sabiq prezidenti Robert Koçaryanın əməliyyat səbəbi açıqlanmır

Koçaryan
Image caption Ermənistanın sabiq prezidenti Robert Koçaryan "konstitusiya quruluşunu devirmək" ittihamı ilə həbs olunub.

Sabiq Ermənistan prezidenti Robert Koçaryan çərşənbə günü səhəri Yerevanda, "İzmirlyan" tibb mərkəzində əməliyyat edilib.

Tibb mərkəzindən Koçaryanın xəstəliyi barədə, şəxsi sirrin açıqlanmaması tələbinə əməl edilərək, məlumat verilmir.

Tibb mərkəzinin direktoru Armen Çarçyana istinadən, informasiya vasitələri əməliyyatın uğurlu keçdiyini bildirirlər.

Robert Koçaryan çərşənbə axşamı günü səhər həbsxanadan "İzmirlyan" tibb mərkəzinə aparılıb.

Daha əvvəl Robert Koçaryan "İzmirlyan" tibb mərkəzində iki dəfə müayinədən keçib.

Ermənistanın ikinci prezidentinin nədən əziyyət çəkdiyi açıqlanmır.

Daha əvvəl ikinci prezident ofisinin rəhbəri Viktor Soğomanyan Koçaryanın səhhətilə başlı ciddi problem olmadığı və tezliklə tam bərpa olunacağını bildirmişdi.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyaların dağıdılması ilə bağlı cinayət işi üzrə konstitusiya quruluşunu devirməkdə və xüsusilə böyük məbləğdə rüşvət alma maddəsi ilə ittiham olunur. O iyunun 25-də azadlıqdan məhrum edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş