Bəşər Əsəd: "Kürdlərin idarə etdiyi ərazilərdə dövlət hakimiyyəti yenidən qurulacaq"

Bəşər Əsəd Fotonun müəllifi AFP

Suriya Prezidenti Bəşər Əsəd Suriya dövlət televiziyasına verdiyi müsahibədə ölkənin son hədəfinin "ABŞ əsgərlərinin qəflətən geri çəkilməsi, kürdlərin idarə etdiyi ərazilərdə dövlət hakimiyyətinin yenidən qurulması" olduğunu, bununla yanaşı "bölgədə əmələ gələn yeni həqiqətə hörmət ediləcəyini" deyib.

Əsəd dövlət hakimiyyətinin mərhələ-mərhələ həyata keçiriləcəyini deyib:

"Bu irəliləyişlə istədiyimizə tamamilə nail olacağıq. Ancaq yaxın gələcəkdə bu bölgənin tamamilə azad etməyə nail olacağımıza ümidvaram", Bəşər Əsəd deyib.

Suriya ordusunun ölkənin şimali-şərqinə qayıtmağı "bu məqsədlə atılan ilk addım" hesab edən Əsəd bu ərazilərdə dövlətin hakimiyyəti bərpa olunanda "ərazidəki yeni həqiqətə hörmət ediləcəyini" deyib.

2012-ci ildə Suriya ordusu ölkənin şimali-şərqindən geri çəkilmişdi və əraziləri YPG idarə etməyə başlamışdı.

2019-cu ilə kimi ABŞ-dan dəstəklənən YPG Türkiyənin oktyabrın 9-da başladığı "Barış Pınarı Hərəkatı"-dan əvvəl 13 oktyabrda Dəməşqlə razılaşmışdı. Razılaşmaya görə, ABŞ əsgərlərinin sərhəddən çəkildiyi ərazilərdə idarəçiliyi YPG-dən Suriya ordusuna ötürülmüşdü.

Fotonun müəllifi AFP
Image caption ABŞ ordusu Türkiyə hərbi əməliyyatlara başlamamışdan əvvəl Suriyanı tərk eləyib

Türkiyə ABŞ və Rusiya ilə ayrı-ayrılıqda əldə etdiyi razılaşmalardan sonra hərbi əməliyyatları dayandırdı.

Əsəd Dəməşqin öz hədəfinə çatmasında oktyabrın 22-də Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla Rusiya Prezidenti Vladimir Putinin əldə etdiyi razılaşmayla "YPG güclərinin sərhəddən 30 km cənuba çəkilməsinə qərar verilməsinin" yekun hədəfə nail olmağa kömək etdiyini deyib.

Əsəd kürdlərin əllərində əksəriyyəti ABŞ tərəfindən verilən silahların Suriya ordusuna dərhal verilməsini istəməyəcəyini bildirib. Onun sözlərinə görə, Suriya ordusu əvəvlcə bu ərazilərdə təhlükəsizliyi təmin edəcək.

Əsəd Türkiyə ilə Rusiyanın birgə həyata keçirəcəkləri patrul xidməti barədə ifadəsində "müvəqqəti" kəlməsini istifadə edib.

Türkiyənin ABŞ-la razılaşmasına görə hərbi əməliyyat keçirilmiş ərazilərdə -Rasulayn və Tel Abyad arasında Türkiyənin nəzarətində "təhlükəsiz bölgə" qurulması hədəflənib. Əsəd bu ərazilərlə bağlı "Ankaranın aldığı torpaqların da ən nəhayət Suriya ordusu tərəfindən geri alınacağını deyib".

Bu barədə daha geniş