İranda benzinin bahalaşması: təhlükəsizlik qüvvələri etirazçılara xəbərdarlıq edib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İranda yanacağın qiymətinin artması küçə etirazlarıyla qarşılanıb

İranın daxili işlər naziri benzinə tətbiq olunan yeni qiymət siyasətiylə bağlı küçələrə çıxan etirazçılara qarşı təhlükəsizlik rəsmilərinin tədbir görəcəyi barədə xəbərdarlıq edib.

İran hökumətinin gözlənilmədən benzinin qiymətini qaldırması və satışına məhdudiyyət qoyulması ilə bağlı qərarı ölkə boyu etirazlara səbəb olub, dövlət mediası xəbər verir.

Bir nəfər öldürülüb və yaralananlar var, yarı rəsmi İSNA xəbər agentliyi Sircan şəhəri rəhbərliyinə istinadən yazıb.

Cümə günü İranda benzinin qiyməti azı 50 faiz artıb. Benzinə dövlət subsidiyalarının aradan qaldırılmasından əldə olunan gəlirlər aztəminatlı ailələrə yardım etmək üçün xərclənəcək, hökumət bildirir.

Washington 2015-ci ildə imzalanmış İran nüvə sazişini tərk etdikdən sonra İran ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalar səbəbindən artıq iqtisadi cəhətdən əziyyət çəkir.

Fotonun müəllifi EPA
Image caption Etirazlar paytaxt Tehrana da yayılıb

ABŞ nüvə razılaşmasından 2018-ci ildə çıxıb və o zamandan bəri İran öz neftinin ixracı ilə bağlı güclü sanksiyalara məruz qalmaqdadır.

Etirazlar cümə günü benzinin satışı ilə bağlı yeni siyasət elan edildikdən bir neçə saat sonra başlayıb və şənbə günü bəzi şəhərlərdə davam edib.

Reuters vebsaytların monitorinq qrupuna istinadən ölkədə internetə girişin məhdudlaşdırıla biləcəyi ehtimalının olduğunu bildirirb.

Fotonun müəllifi EPA
Image caption Şənbə günü Tehranda küçə etirazlarına görə avtomobil yollarından birində əmələ gəlmiş tıxac

Şənbə günü dövlət televiziyasına verdiyi müsahibə zamanı İranın daxili işlər naziri Əbdulrza Rəhmani-Fəzli xəbərdarlıq edib ki, "qanunsuz" hərəkətlər davam edəcəyi təqdirdə hüquq-mühafizə orqanlarının və təhlükəsizlik işçilərinin asayişi qorumaq və sakitliyi bərpa etmək üçün hərəkətə keçməkdən "başqa bir yolu" qalmayacaq.

Əbdulrza Rəhmani-Fəzli, "hədə-qorxu və terror" mühiti yaratmaq məqsədiylə cəmiyyətin hazırkı əhval-ruhiyyəsindən "məhdud sayda" insanın sui-istifadə etməsini pisləyib.

Fotonun müəllifi Social media
Image caption Şiraz şəhərində də etirazçılar küçə aksiyası keçirib

Cümə günü İranda benzinin qiyməti azı 50 faiz artıb.

Hakimiyyət ABŞ sanksiyalarının təsirini məhdudlaşdırmaq üçün benzinin qiymətinə qoyulmuş ağır subsidiyaları azaldıb. ABŞ sanksiyaları İran iqtisadiyyatına mənfi təsir göstərib.

Fotonun müəllifi AFP

İRNA dövlət xəbər agentliyinin yaydığı xəbər görə, cümə gününün axşamı İranın Sircan şəhərində "etirazçılar yanacaq anbarına hücum edib və onu yandırmağa çalışıblar".

Bir nəfər öldürülüb və yaralananlar var, yarı rəsmi İSNA xəbər agentliyi Sircan şəhəri rəhbərliyinə istinadən yazıb.

Fotonun müəllifi Reuters
Image caption Tehranda maşınların yanacaqdoldurma məntəqələrində növbəyə düzüldüyünü müşahidə etmək mümkündür

Etirazlar Məşhəd, Bircand, Əhvaz, Qaçsaran, Abadan, Xoramşəhr, Məhşəhr, Şiraz, Bəndər Abbas və digər şəhərlərdə də baş qaldırıb, xəbərdə deyilir.

İranın ikinci böyük şəhəri olan Məşhəddə onlarla qəzəbli etirazçı avtomobillərini tərk edərək yolları bağlayıblar, AP xəbər agentliyi İranın dövlət mediasına istinadən bildirib.

Yeni qərara görə, hər bir sürücü ayda 60 litr benzini 15 000 riala (0.13 dollara) ala bilər. Bundan sonra əlavə hər litr 30 000 rial olacaq.

Buna qədər sürücülər ayda 250 litrə qədər benzini 10 000 riala ala bilirdilər, AP xəbər verir.

Benzinə subsidiyaların aradan qaldırılmasından əldə olunan gəlirlər az təminatlı ailələrə xərclənəcək, hökumət bildirir.

İran dünyada benzin qiymətinin ən ucuz olduğu ölkələrdən biridir.

O, həmçinin dünyanın ən böyük neft ixracatçılarındandır.

ABŞ prezidenti Donald Trump keçən il İrana qarşı sanksiyaları bərpa edib.

Bu barədə daha geniş