Rusiya sosial mediayaya koronavirusun ABŞ-dan yayıldığı barədə şayiələr buraxdığını inkar edir

Pekin Fotonun müəllifi Reuters
Image caption İnternetdə nəzəriyyələrindən birinə görə, bu virus "Çinə qarşı iqtisadi müharibə" aparmaq məqsədilə yaydırılıb

Rusiya koronavirusun yeni epidemiyası ilə bağlı sosial şəbəkələrdə dezinformasiya yayması barədə ittihamları qəti şəkildə rədd edib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Rusiya ilə əlaqəli olan sosial media hesablarında epidemiyanın ABŞ tərəfindən yayıldığı barədə əsassız bəyanatlar edilib.

Rəsmilərin bildirdiyinə görə, Twitter, Facebook və Instagram-da bu nəzəriyyə minlərlə profil vasitəsilə yayılıb.

Şənbə günü ittihamlara cavab verən Rusiya XİN-i onların "saxta" olduğunu deyərək rədd edib.

"Bu, məqsədli yalandır", - Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova TASS agentliyinə bildirib.

Əksər hallar Çinə təsadüf etməklə, bu xəstəlikdən 2000-dən çox insan ölüb və 76000 nəfərdən çox insanda yeni koronavirus aşkarlandığı təsdiq olunub.

Fotonun müəllifi Getty Images
Image caption Mariya Zaxarova ABŞ ittihamlarını yalan adlandırıb

Bundan əvvəl ABŞ Dövlət Departamentinin yüksək rütbəli məmuru Philip Reeker, bildirib ki, "qərəzli" rusiyalı fəallar koronavirusun mənşəyi ilə bağlı yalan məlumat yaymağa çalışıblar.

İnternetdə bir neçə dildə dolaşan konspirasiya nəzəriyyələrindən birinə görə, bu virus "Çinə qarşı iqtisadi müharibə" aparmaq məqsədi daşıyır.

"Koronavirus haqqında dezinformasiya yaymaqla rusiyalı qərəzli fəallar ictimai təhlükəsizliyi yenidən təhdid etməyə başlayır, diqqəti səhiyyə sahəsində qlobal cavab tədbirlərindən yayındırır", - ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsini icra edən Philip Reeker AFP agentliyinə bildirib.

Bundan əlavə, sosial media postlarında Microsoft-un həmtəsisçisi Bill Gates xəstəliyin yayılmasında əli olduğuna görə ittihamlanıb.

AFP agentliyinin məlumatına görə, dezinformasiya kampaniyası yanvarın ortalarında amerikalı müşahidəçilər tərəfindən yeni koronavirusdan üçüncü ölüm elan edildikdən qısa müddət sonra aşkarlanıb.

Fotonun müəllifi AFP
Image caption Çində koronavirusdan 2000-dən çox adam ölüb

Əlaqəli mövzular

Bu barədə daha geniş