Yerevanda Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəməsi başlayıb

Serzh Sargsyan Fotonun müəllifi LALAYAN PHOTOGHRAPHY
Image caption Serj Sarkisyan prezidentliyi dövrdə kənd təsərrüfatının yanacaqla təchiz edilməsi tenderinə müdaxilə edərək, böyük məbləğdə israfçılığa şərait yaratmaqda ittiham olunur

Yerevan ümumi yurisdiksiya məhkəməsində fevralın 25-də Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın işi üzrə ilk məhkəmə iclası başlayıb.

Serj Sarkisyanla birlikdə yanacaq ixracatı və satışı ilə məşğul olan "Flash" şirkətinin sahibi Barseğ Beqlaryan, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, onun keçmiş müavini Samvel Qalstyan və nazirliyin Toxumçuluq İdarəsinin keçmiş rəisi Gevorq Harutyunyan xüsusilə böyük məbləğdə dövlət vəsaitlərinin israfı ilə bağlı cinayət işi üzrə ittiham olunurlar.

Fotonun müəllifi news.am
Image caption Məhkəmə binası qarşısına yüzlərlə Sarkisyanın tərəfdaşları toplaşıb. Lövhələrdə Serj Sarkisyandan sitat - "Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq" yazılıb.

Cinayət işinə görə, Dövlət Ehtiyat Fondundan kənd təsərrüfatı üçün dövlət yardım proqramı çərçivəsində ayrılan təxminən 1 milyon dollar məbləğində vəsaitin mənimsənilməsi və ya israf edilməsi bildirilir.

Serj Sarkisyan ittihamı qəbul etmir.

Məhkəmə günü Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim Ermənistan Respublikçı Partiyası cinayət işinin "sifarişli və siyasi xarakter daşıdığını" qeyd edən bəyanatla çıxış edib.

Bəyanatda həmçinin deyilir: "Maraqlıdır ki, bu məhkəmə prosesinə məhz Qarabağ danışıqları kontekstində [Ermənistanın] fərsiz diplomatik fəaliyyət fonunda start verilib. Bu addımı ilə hakimiyyət erməni xalqının diqqətini günü gündən gərginləşən bir çox daxili və xarici problemlərdən yayındırmaq istəyir".

Məhkəmə iclasından təxminən iki saat əvvəl məhkəmə binasının önündə Serj Sarkisyanın müdafiəsinə onun yüzlərlə tərəfdarı və Respublikaçı Partiyasının nümayəndələri toplaşmışdı. Onlar əllərində Ermənistan bayraqları və Serj Sarkisyanın nə vaxtsa dediyi ifadələrindən biri, "Artsax [Dağlıq Qarabağ] heç vaxt Azərbaycanın tərkibində olmayacaq" əks olunmuş lövhələr tutmuşdular.

Fotonun müəllifi aysor.am
Image caption Sej Sarkisyan məhkəmə binası qabağında toplaşan tərəfdarlarına təşəkkürünü bildirib

Məhkəməyə gələn Serj Sarkisyan burada toplaşanları salamlayıb və dəstək üçün təşəkkürünü bildirdi. O deyib ki, özü və vətəndaşlarımızın əksəriyyətinin Qarabağ müstəqilliyinə üstünlük verdiyi kimi, Ermənistanda həqiqətən haqq-ədalətə üstünlük verən hakimlər olduğuna əmin olmaq istəyir" və toplaşanları "evlərinə qayıdıb, gündəlik işləri ilə məşğul olmağa və Ermənistanın təhlükəsizliyi haqqında unutmamağa" çağırdı.

"Dünyanın ən yüksək tribunalarından bəyan etdiyim kimi, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, mənim ömrümün əsas məqsədi olub və ömrümün sonunadək olacaq", - Serj Sarkisyan bəyan edib.

1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib. BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib. Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir.

Bu barədə daha geniş