İranda koronavirus: rəqs edən həkimlərin videoları yayılıb

rəqs edən həkim

Şəklin mənbəyi, Twitter/rezahn56/

İranda tibb işçiləri koronavirusa görə karantində qalanların həyatına şadlıq qatmaq üçün rəqs edirlər. İnternetdə yayılan videolar yüz minlərlə bəyənmə və şərh toplayıb.

İran koronavirusla əlaqədar ölümlərin sayına görə Çindən sonra ikinci ölkədir. Səhiyyə Nazirliyinin məlumatına əsasən, koronavirus infeksiyasından 124 nəfər ölüb, yoluxanların ümumi sayı 4750-i keçib.

Ümumi narahatlıq fonunda iranlı həkimlər xəstələrə hər cür kömək göstərməyə çalışırlar.

İranlı fəal Məsih Əlinejad, onsuz da stress şəraitində işləyən tibb işçilərinin təşəbbüsünü təqdirə layiq hesab edir.

Rəqs edən tibb işçilərinin çoxu xüsusi qoruyucu geyimdədir.

Həmçinin oxuyun: