İran həbsxanasında işgəncə: Görüntüləri hakerlər yayıb

İranın siyasi məhbusları saxlanan Evin həbsxanasından işgəncə görüntüləri yayılıb. Video internetə hakerlər tərəfindən sızdırılıb.

İranın həbsxanalar üzrə rəsmisi görüntülərə görə üzr istəyib. Həbsxana Təşkilatının rəisi Məhəmməd Mehdi Hacı-Məhəmmədi "qeyri-məqbul davranışa" görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

"Bu qeyri-məqbul davranışa görə məsuliyyəti öz üzərimə götürürəm və belə acı hadisələrin təkrarlanmasının qarşısını almağa və qanunu pozanlarla ciddi məşğul olmağa söz verirəm", - Ali Rəhbər və xalqa üzrxahlığını bildirən Həbsxana Təşkilatının rəisi öz tvitində yazıb.

Evin məhbəsində bir çox siyasi məhbus, ikili pasport sahibləri və əcnəbilər saxlanılır.

BBC Farsca-nın müxbiri Jiyar Gol-a əsasən, sızdırılan videolar İran həbsxanalarında onilliklərdir davam edən pis rəftar və təzyiq hallarını təsdiqləyir.

Keçmiş siyasi məhbuslar İran hakimiyyətini daha ağır hallarda ittiham edirlər. Onlar həbsdə ikən mütəmadi olaraq cinsi, fiziki və psixoloji işgəncələrə məruz qaldıqlarını deyirlər. İran bu iddiaları rədd edir.

Bu ilin mart ayında başqa bir haker, təhlükəsizliyin zəif olduğunu göstərmək üçün həbsxana və polis bölmələrinin daxilində quraşdırılan 150 000 kameranın görüntülərini sızdırıb.