Qırğız prezidenti: Dövlət dindən uzaq dursa, boş yeri ekstremistlər tutacaq

Prezidenti Almazbek Atambayev

Qırğız prezidenti hesab edir ki, onun camaatla bərabər məsçidə gedib namaz mərasimdə iştirak etməsi dindarları ekstremistlərin təsirinə düşməkdən qorumağa kömək edir.

Almazbek Atambayev Mərkəzi Asiyada postsovet respublikaları liderlərindən fərqli olaraq dini etiqadının nümayişindən çəkinmir, camaatla birgə cümə namazlarına qatılır.

Cənab Atambayev bildirirb ki, onun dövlət başçısı qismində məsçidə baş çəkib namaz qılması, dua etməsi dindarları ekstremistlərin təsiri altına düşməkdən qoruyur.

Qırğız lideri BBC-ə deyib ki, dini başa düşən prezidentin regionda güclənməkdə olan İslamın radikal təmayüllərinin təsrinin qarşıını almaqda daha çox imkanlara malikdir.

Son zamanlar "terrorçuluğa, İslamın radikal cərəyanlarına camaatı çəkənlərin sayı artmaqdadır", Prezident Atambayev belə deyib.

Onun fikrincə "dövlət bu məsələyə qarışmırsa, dövlət başçısı dini başa düşmürsə, Allaha inanmısa, onda onun yerini camaatı səhv yola çağıranlar tutacaq".

Bəzi Mərkəzi Asiya respublikaları silahlı İslamçı qrupların hücumlarına məruz qalmışlar.

Belə qruplardan ən məşhuru Özbəkistanda yaradılmış İslami Hərəkatı təşkilatıdır. Bu təşkilatın Əfqanıstanda və Pakistanın sərhədyanı ərazilərində fəaliyyət göstərən Taliban hərəkatı ilə sıx əlaqələri var.

Buna bənzər qrupların yaranmasına cavab olaraq bölgənin avtoritar hökümətləri müsəlman dindarlara qarşı sərt tədbirlər görürülər, misal üçün, Özbəkistanda minlərlə müsəlman həbsdə saxlanılır.

Lakin qonşu respublikalarda İslama ehtiyyatlı yanaşma sərgiləndiyi bir vaxt, Qırğızıstanda Prezident Atambayev dini müdafiə edir.

"Heç bir digər dində insan həyatı İslamdakı kimi yüksək dəyərləndirilmir", prezident Atambayev qeyd edib.