1988-ci il Spitak zəlzələsi - şəkillərdə
1988-ci ildə Ermənistanın şimalında baş vermiş zəlzələ nəticəsində rəsmi məlumatlara əsasən 25 min adam ölüb. Yeraltı təkanlar dağıntılara səbəb olaraq, yüz minlərlə insanı evsiz qoyub.

7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş zəlzələ nəticəsində rəsmi məlumatlara əsasən 25 min adam ölüb.
6,8 maqnitud gücündə zəlzələ 80 kilometr diametrində ərazini əhatə edib.
Mixail Qorbaçov ABŞ-a rəsmi səfərini təxirə salıb, Ermənistanın zəlzələdən zərər çəkən bölgəsinə gedib. O, beynəlxalq aləmi Ermənistana yardım göstərməyə çağırıb.
20 minə yaxın əhalisi olan Spitak şəhəri tamamilə dağılıb.
290 min əhalisi olan Leninakan, Stepanavan və Kirovakan şəhərlərinə də böyük ziyan vurulub. Ermənistanın ikinci şəhəri olan Leninakan zəlzələdən sonra heç vaxt tam özünə gəlməyib.
Spitak şəhərində tabutlar. Yeraltı təkanlar saat yerli vaxtla 11:41-də, uşaqların məktəbdə, yaşlıların əksəriyyəti iş yerlərində olduğu zaman baş verib.
Ermənistan şəhərlərinin çoxunda zərbələrə tab gətirməyə qabil olmayan bloklarla inşa edilmiş çoxmərtəbəli binalardan ibarət məhəllələr tikilmiş olub.
Dağıntıların miqyası binaların tikintisində qüsurlu inşaat materiallarından istifadə edildiyinə dair mülahizələr doğurub. Sovet rəhbərliyi bəyan edib ki, Spitakda beş mərtəbədən yuxarı olmayan binalar tikiləcək.
Sovet İttifaqı xilas işlərinin koordinasiya olunmadığı və cəld hərəkət edilmədiyi üçün beynəlxalq tənqidə məruz qalıb.
Zəlzələdən sonra sağ qalanlar çörək üçün növbələrdə durmalıydı. Sovet hakimiyyəti bəyan edib ki, fövqəladə yardım planları olmayıb.
Ermənilər Fransa "Dünya həkimləri" humanitar təşkilatından alınmış tibbi yükləri boşaldır. Hakimiyyət qanköçürmə avadanlığı və "süni böyrək" aparatları lazım lazım olduğunu bəyan edib.
Zəlzələ on minlərlə insanı evsiz qoyub. Viranə qalmış Leninakan və ətraf kəndlərdə müvəqqəti çadır düşərgələri salınıb.
Fəlakət siyasi dəyişiklikləri sürətləndirmək əvəzinə Ermənistan əhalisinin təcrid olunmuş hissini daha da dərinləşdirib. Sovet hakimiyyətinin 1989-cu ildə başladığı yeni şəhərlər inşaatı yarımçıq qaldı.
Zəlzələ zonasının bərpa edilməsinin əsas maneəsi Sovet İttifaqının dağılması olub. İllər keçmiş, bu gün də zəlzələ bölgəsində çoxları metal baraklarda yaşayır.