Rusiya: əhalinin əksəriyyəti Sovet quruluşunu mükəmməl sayır

SSRİ

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı,

Rusiyalıların əksəriyyəti Sovet dövrünü nostaljilə yada salır.

Moskvadakı "Levada-sentr" sosiloji araşdırmalar mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən rusiyalıların əksəriyyəti Sovet sistemini mükəmməl sayır.

Rəy sorğusunun nəticələrinə əsasən rusiyalıların təxminən 40%-i Sovet quruluşunun ideala yaxın olduğunu bildirib.

Rusiyadakı indiki rejimi və Qərb modeli əsasında demokratiyanı isə sorğu iştirakçılarının təxminən 20%-i dəstəkləyib.

Bununla belə mərkəzin direktoru Lev Qudkov hesab edir ki, Sovet sisteminin rusiyalılar tərəfindən dəstəklənməsi onların SSRİ dövrünə təəssübkeşliyindən daha çox Putin üsul idərisndən narazılıqlarını əks etdirir.

Qudkovun sözlərinə görə, Vladimir Putinə dəstəyin zirvə nöqtəsi 2008-ci ilıdə qeydə alınıb, son illərdə isə Putin idarəçiliyindən razı olan rusiyalıların sayı azalmaqdadır.

"İnsanlar sovet dövrünə istinad etməklə indiki vəziyyətə tənqidi münasibət bildirirlər", Qudkov deyib.

Sorğuda iştirak edənlərin 54%-i planlı iqtisadiyyatın tərəfdarı olduqlarını bildiriblər.

Bazar iqtisadiyyatını isə yalnız respondentlərin 29%-i dəstəkləyib.

Qudkovun sözlərinə görə ölkə əhalisinin yarıdan çoxu gəlirlərinin sabit və davamlı olması naminə, gəlir məbləğinin böyük olmamasına razıdır.

"