Tatarstan Krımla əməkdaşlıq haqqında razılaşma imzalayıb

Rustam Minnixanov Fotonun müəllifi AFP
Image caption Rustam Minnixanov krım tatar xalqının təmsilçiləri ilə əməkdaşlığı müzakirə ədəcək.

Tatarıstan və Krım arasında iqtisadi və humanitar sahədə əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Sənədi Krım tərəfdən respublika hakimiyyətinin baş naziri Sergey Aksenov, Tatarıstan tərəfdən prezident Rustam Minnixanov imzalayıb.

Sergey Aksenov Krım və Tatarıstanın bir çox ortaq nöqtələri olduğunu danışıb və bütün sahələrdə əməkdaşlıq niyyəti haqda məlumat verib.

Rustam Minnixanovun sözlərinə görə, söhbət turizm, investisiyalar, innovasiyalar və tibb kimi sahələrdə əməkdaşlıqdan gedir.

“Yol xəritəsi” hazırlanacaq, yaxın ayda daha konkret “əməkdaşlıq addımları” imzalanacaq, regionların rəhbərləri məlumat verib.

Tatarıstan rəhbəri çərşənbə günü krım tatar xalqının təmsilçiləri ilə görüşməyə hazırlaşır.

Bu barədə daha geniş