Suriya üsyançıları Türkiyə sərhədindəki rayonu zəbt edib

Latakia Fotonun müəllifi Reuters
Image caption Döyüşçülər Prezident Əsəd üçün mühüm vilayət olan Latakiaya hücum ediblər

Suriyada üsyançı döyüşçülər onların Türkiyə ilə keçidə və sərhəddəki kəndə nəzarət etdiyini göstərən video yayıblar.

İslamçı üsyançılar, o cümlədən Əl Qaidə ilə əlaqəli Nursa Cəbhəsi cümə günündən Kassab rayonu uğrunda vuruşurlar.

Döyüşlərdə prezident Əsədin yaxın qohumu Hilal əl-Əssad də öldürülüb.

Bazar günü hava məkanının pozulmasını səbəb gətirən Türkiyə ərazidəki Suriya hərbi təyyarəsini vurmuşdu.

Məlumata görə, üç güllə Türkiyəyə düşəndən sonra Türkiyə hərbi qüvvələri sərhəddə cavab atəş açıblar.

Bu barədə daha geniş