"VKontakte" saytının baş direktoru Pavel Durov vəzifəsini tərk edir

VKontakte

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

VKontakte şəbəkəsinin təsisçisi şirkəti tərk edir.

"V Kontakte" saytının təsisçisi Pavel Durov sosial şəbəkədəki səhifəsində şirkətin Baş direktoru vəzifəsindən getdiyini elan edib.

"Mən Vkontakte şirkətinin Baş direktoru səlahiyyətlərini təhvil verirəm”, “Vkontakte” şirkətinin təsisçisi Pavel Durov şəbəkədəki səhifəsində yazıb.

Pavel Durov vəzifədən getməsinin səbəbini şirkətin idarəçiliyində hərəkət azadlığı üçün yaranmış əngəllərlə əlaqələndirib.

“Sosial şəbəkəmizin işinin təməlini təşkil edən prinsipləri müdafiə etmək çətinləşib”, Durov bildirib.

VKontake şirkətinin mətbuat katibi Baş direktorun bəyanatını şərh etməyəcəyini deyib.

Yanvarın sonunda Pavel Durovun Vkontakte şirkətindəki payını "Meqafon" şirkətinin başçısı İvan Tavrinə satdığı məlum olub, cənab Tavrin isə, öz növbəsində, səhmləri "Mail.Ru Group" holdinqinə satıb.