#BBCAzeriTrending: Kim Kardashian və #SaveKessab

Kim Kardashian Fotonun müəllifi AFP
Image caption Kim Kardashianın atası Robert Kardashianın valideynləri ABŞ-da yaşayan ermənilər olub, anası isə amerikalıdır

ABŞ realiti şou ulduzu Kim Kardashian Suriya münaqişəsi və Kassab şəhəri barədə tvitləyəndən sonra bu mövzu "trending" edir, başqa sözlə Twitterdə ən populyar terminlər siyahısına düşüb.

#SaveKessab həştəqi ilə o, 20 milyondan artıq Twitter təqibçisini şimal-qərbi Suriyada ermənilərin məskunlaşdığı Kassab kəndini xilas etməyə çağırıb.

"Xahiş edirəm, qoymayın tarix təkrarlansın!!!!!! Gəlin bunu trending-ə salaq!!!! #Save Kessab #ArmenianGenocide", @KimKardashian yazıb.

"Kassabda nə baş verir bilmirsinizsə lütfən Google-a baxın, çox kədərləndiricidir! Bir erməni olaraq uşaqlıqda o qədər ağır şeylər eşitmişəm ki!"

Cher və Travis Barker kimi pop ulduzları da bu kampaniyaya qoşulublar.

Bu şəhər uzun müddət Prezident Əsədin nəzarəti altında olsa da, məlumata görə bu yaxınlarda üsyançılar onu ələ keçirib.

"Çox şadıq ki, Kim Kardashian bizim #SaveKessab-ı trending-ə salmaq kampaniyasına yardım edib", Amerika Ermənistan Milli Komitəsindən Aram Suren Hamparian deyib.

Fotonun müəllifi Twitter
Image caption "Xahiş edirəm, qoymayın tarix təkrarlansın!!!!!! Gəlin bunu trending-ə salaq!!!!"

#SaveKessab Twitterdə 100 000 dəfədən çox istifadə olunub və daha çox böyük erməni diasporuna sahib olan ABŞ və Rusiyada populyar olub.

Suriyalılar isə xanım Kardashianın kampaniyasını birmənalı qarşılamayıblar.

Bir çox adam onun bu məsələnin qəlizliyini anladığını göstərmək cəhdini rişxəndlə şərh edib.

"Sizə söz deyirəm, Kim Kardashian Kassab və Suriyanı xəritədə göstərə bilməz. Yəqin elə bilir ki, Bəşər Əsəd şərq ətirinin adıdır", @Habibiline adlı istifadəçi yazıb.

Digərləri isə Kassabdakı zorakılıq barədə məlumatları rədd edib, bunu "təsdiqləyən" foto və videoların saxta olduğunu yazıb.

Financial Times qəzetinin müxbiri Barzou Daragahi yazır ki, bu tweetlərlə Kim Kardashian "Suriya rejiminin dezinformasiyasını təkrarlayıb".

Bu barədə daha geniş