Qorbaçov: məni mühakimə etmək çağırışları tam cəfəngiyyatdır

Mixail Qorbaçov Fotonun müəllifi AP
Image caption Deputatlar baş prokurorun adına SSRİ-nin dağılması zamanında baş verən hadisələrin prokuror yoxlamasını aparılması tələb olunan sorğu hazırlayıblar

SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov İnterfaksa müsahibəsində Dövlət Dumasının bəzi deputatlarının onu ölkənin dağıdılmasına görə mühakimə etmək haqda çağırışlarını tam cəfəngiyyat və şəxsi piara cəhd adlandırıb.

"Onların xoşuna gəlir onlar haqda danışanda, adları çəkiləndə, amma çağırış düşünülməmiş və tarixi faktlar nöqteyi-nəzərindən tamamilə əsaslandırılmayıb. Əgər bu paxıllıqdırsa, paxıllıq ediləsi heç nə yoxdur. Deputatlar dəfələrlə prezidentin təqaüdünün artırılması məsələsini qaldırıblar, amma məsələ heç müzakirə belə olunmayıb", agentlik cənab Qorbaçovdan sitat gətirir.

"O ki qaldı mənim kiməsə mane olmağım haqda, son 20 gündə bir neçə dəfə mənim ölməyim haqqında məlumat verilməsi faktı bunu göstərir. Bu insanlarda vicdan yoxdur. Mən sözsüz ki, bu bəyanatlara reaksiya vermirəm, ona görə iş və öz səhhətimlə məşğulam", eks-prezident deyib.

Cümə axşamı "İzvestiya" qəzetinin məlumatına görə, Dövlət Dumasının deputatı Yevgeniy Fyodorov, Anton Romanov, kommunist İvan Nikitçuk, Oleq Denisenko və Rusiyanın Liberal Demokratik Partiyasının üzvü Mixail Deqtyarev Rusiya baş prokuroru Yuriy Çaykanın adına SSRİ-nin dağılması zamanında baş verən hadisələrin prokuror yoxlamasını aparılması tələb olunan sorğu hazırlayıblar.

"Müraciətin əsasında və prokurorluq yoxlamasına görə deputatlar bu sırada son sovet rəhbəri Mikail Qorbaçov haqqında cinayət işlərinin açılması da daxildir-cinayət işlərinin açılacağını güman edirlər", qəzet yazır.

Bu barədə daha geniş