İranlı aktrisanın Cannes-da öpüşü "adi adətdir"

Leila Hatami Fotonun müəllifi AFP
Image caption Leila Hatami Oscar mükafatı alan "Nadirin Simindən ayrılması" filmindəki rolundan sonra məşhurluq qazanıb

Cannes Kino Festivalının prezidenti Gilles Jacob aktrisa və jüri heyətinin üzvü Leila Hatamini yanağından öpəndən sonra İranda qalmaqal yaranıb.

İran mediası bunu İran qadınlarının "əxlaqına" təhqir adlandırsa da cənab Jacob deyib ki, bu, "Qərbdə adi adətdir".

"Xanım Hatamini yanağından öpdüm", cənab Jacob Twitterdə yazıb. "O anda o, mənim üçün bütün İran kinosunun rəmzi idi, sonra isə yenə özünə çevrildi".

"Beləliklə, Qərbdə adi olan adət üzrə qalmaqala heç bir səbəb yoxdur", o əlavə edib.

Amma İranda mədəniyyət nazirinin müavini Hoseyn Nuşabadi deyib ki, Hataminin Cannes-a getməsi "dini inanclara zidd" idi.

Leila Hatami Asghar Farhadinin "Nadirin Simindən ayrılması" filmində rol oynayandan sonra məhşurluq qazanıb. Həmin film 2012-ci il Oscar mükafatlarında "ən yaxşı xarici dil film" kateqoriyasında qalib gəlib.

Hatami İranda həyat yoldaşı Ali Mosaffa ilə yaşayır.

Dövlət yayımçısının idarə etdiyi mühafizəkar Gənc Jurnalistlər Klubu yazıb ki, xanım Hataminin "Jacoba əlini uzatması qeyri-adi və yersiz davranış idi".

Leila Hatami Palme d'Or (Qızıl Palma) mükafatının jüri heyətində olan beş qadından biridir. Onlar arasında aktrisa Carole Bouquet, rejissor Sofia Coppola və jüri prezidenti Jame Campion da var.

Fotonun müəllifi AFP
Image caption Leila Hatami Palme d'Or (Qızıl Palma) mükafatının jüri heyətində olan beş qadından biridir
Fotonun müəllifi AFP
Image caption Gilles Jacob deyir ki, Qərbdə "adi olan adət" qalmaqala səbəb olmamalıdır