İranda boşanmanı bayram etmək dəbə çevrilib

Iran Fotonun müəllifi getty
Image caption İranda boşanmaları bayrma kimi qeyd edirlər.

İran şəhərlərində boşanma münasibətilə təşkil edilən məclislər populyarlaşmaqdadır.

Statistikaya görə ölkədə erkən boşanma ilə bitən nikahların sayı artır.

Bu münasibətlə təşkilən edilən məclislərin xüsusi tərtibatı diqqəti çəkir - qara gül dəstələri, tortlar, xüsusi dəvətnamələr.

“Əvvəlcə gül dükanına gedib, gül dəstəsi alırlar, sonra gəlib bizdə dəvətnamələr sifariş edirlər", - boşanma aksesuarları satışı ilə məşğul olan "Cümhuriyyə İslami" sahiblərindən biri deyir.

Dəvətnamələrdən birində İran pop-hitindən götürülmüş bir cümlə naxışlanıb: "Sənin üçün heç darıxmıram".

Digər dəvətnamələri də həmin mahnıdan götürülmüş sətirlər bəzəyir: "Bir daha aşiq olmayacağıma, olsam da belə, sənə aşiq olmayacağıma and içirəm".

Boşanma dəvətnamələri satılan dükanın sahibi deyir ki bu cür açıqçalara tələbat son iki il ərzində artıb.

Ölkə rəsmiləri və ruhani rəhbərlər boşanma məclislərinin dəbə çevrilməsilə bağlı narahatlıq bildirirblər, tanınmış mühafizəkar din xadimlərindən olan ayətulla Məkərəm-Şirazi məsələ ilə bağlı tənqidi fikirlərini bildirib.

İranda ötən il boşanma hallarının sayı 4,6% artıb, nikahların sayı isə 4,4% azalıb, ölkədə nikahların orta hesabla təxminən 20%-i boşanma ilə nəticələnir.