"Rusiyanın məqsədi - idarə olunan xaos yaratmaqdır"

Urayna
Image caption Slovyansk geri alındıqdan sonra şəhərdə ilk növbədə Ukrayyna milli bayrağı qaldırıldı.

Son həftələrdə Slovyansk, Kramatorsk və Ukraynanın şərqində bir sıra digər yaşayış məntəqələri ölkə silahlı qüvvələrinin nəzarəti altına keçdi.

Bu yaxınlarda təyin olunmuş və Sevastopolda qələbə paradı keçirəcəyinə söz verən Ukrayna Müdafiə naziri Valeri Geletey prezident Poroşenkoya ilk növbədə geri alınmış şəhərlərdə milli bayrağın yenidən dalğalandığını xəbər verib.

Amma indiyədək məlum olan nizami ordu ilə yarı-hərbi birləşmələr arasında baş vermiş şiddətli müharibə təcrübəsi Ukrayna siyasətçilərinin hərbi vəziyyətin köklü sürətdə dəyişdiyi barədə nikbin bəyanatları ilə üst-üstə düşmür.

Hələ heç bir ordu şəhərə sığınmış, şəhər sakinlərindən canlı qalxan kimi istifadə edən yarı-hərbi birləşmələrə qarşı müharibədə qəlib gələ bilməyib (bunu nə amerikalılar Moqadişo da, nədə Qroznı da rusiyalılar nail ola bilib).

Məhz bu amil nizami orduya üsyançılara qarşı zirehli texnika, aviasiya və artilleriyada kimi ağır silah üstünlüyündən faydalanmağa mane olur.

Ordu böyük çətinliklə ağır silah gücünə bir yaşayış məntəqəsini yerlə yeksan etdikdən sonra, yaraqlılar sadəcə o biri məntəqəyə keçir, həmin məntəqə də alınandan sonra isə, növbə ayrı bir məntəqəyə çatır.

Ukraynada cərəyan edən indiki münaqişədə də, görünür, məhz bu baş verir.

Donetsk regionun separatçılıq rəmzinə çevrilmiş əyalət şəhəri Slovyanskın Ukrayna ordusu tərəfindən mühasirəyə alınması üçün bir neçə həftə tələb olundu.

Hərbi əməliyyatın keçirilməsi zamanı Ukrayna ordusu bir neçə təyyarə və vertolyotunu itirdi.

Mühasirə halqası qapandıqdan sonra komandirləri rusiyalı avantürist İqor Strelkovun (Girkinin) rəhbərliyi altında yaraqlılar Donetsk və Luqanska keçiblər.

Beləliklə, Ukrayna ordusu yenidən hərbi əməliyyat keçirməyə və bu dəfə hər bir məhəlləsi asanca silahlı müqavimət ocağına çevrilə bilən vilayət mərkəzlərini mühasirəyə almağa məcburdur.

Eyni zamanda Ukrayna ordusunun münaqişənin əvvəlilə müqayisədə daha effektiv gücə çevrilməsini zənn etməyə elə bir ciddi əsas yoxdur.

Separatçılar isə xaricdən yardım gəlməsə çətin ki münaqişənin davamına tab gətirə bilsinlər.

Onların tükənən silah-sürsat ehtiyatı vaxtaşırı doldurulmalıdır, yeni silah gətirilməlidir, bundan əlavə “könüllülərin” səfərbərliyi təmin olunmalıdır. “Könüllü döyüşçülərin” müəyyən hazırlıq səviyyəsi tələb olunur, demək, onlara harada isə təlim də keçirilməlidir.

Rusiya ilə sərhədin nəzarət altına alınması münaqişənin sona çatmasını bəlkə də təmin edə bilərdi, lakin Ukraynanın mövcud qüvvələri bu məsələnin öhdəsindən çətin ki gələ bilsinlər.

Böyük dağıntılara yol vermədən Donetskin azad edilməsi ehtimalı yaraqlıların nə qədər güclü müqavimət göstərəcəyindən asılıdır – bu barədə isə dəqiq, yoxlanılmış məlumat yoxdur.

Slovyanskdan nə qədər yaraqlının çıxdığı, Donetskə nə qədər qüvvənin gəldiyi məlum deyil.

Fotonun müəllifi UNIAN
Image caption Donetsk və Luqanska çəkilən separatçılar ilk növbədə kommunikasiyaları və körpüləri sıradan çıxarmağa çalışırlar.

Lakin müasir şəhər şəraitində döyüş aparmaq istənilən ordu üçün həmişə bir cəhənnəm əzabı olub.

İndi Ukrayna ordusu, çox gümankı, öz say üstünlüyündən yararlanmağa çalışacaq: ekspert dəyərləndirmələrinə əsasən Ukrayna ordusunun 30 minlik əsgəri qüvvəsi var, separatçıların sayı isə 10 mindən yuxarı deyil.

Bu şəraitdə Ukrayna ordusu üçün optimal variant Donetsk və Luhanskı mühasirəyə almaqla yanaşı eyni zamanda separatçıların qüvvələrini parçalamaq üçün bir neçə istiqamətdən təhlükə yaratmaq taktikası olardı.

Öz növbəsində gözləniləndi ki, İqor Strelkov , zenit-raket kompleksləri və tank əleyhinə qumbaraatanlarla silahlanmış 200-300 nəfərlik səyyar silahlı qruplar yaratsın.

Slovyanskın tutulmasına separatçıların ilk reaksiyası kommunikasiyaları kəsmək və Donetsk istiqamətində 6 minlik qoşun qruplaşmasının irəliləməsinə imkan verməməyin olacağı güman edilir. Yeri gəlmişgən, ötən gün ərzində Donetsk vilayətində 3 dəmiryol körpüsü partladılmışdı.

Yaranmış şəraitdə ən vacib sualı budur: Dinc əhalinin qəzəbinə ilk olaraq kim tuş gələcək? Hərbi əməliyyatın başlanmasını qaçılmaz edən yaraqlıların peyda olması, yoxsa, istər–istəməz ağır silahlardan istifadə nəticəsində dağıntılara və əhali arasında itkilərə səbəb olacaq nizami ordu?

Hər bir müharibədə bu suala cavab müxtəlif amillərdən asılı olur. İstənilən halda müharibənin tez bir zamanada başa çatacağını güman etmək səhv olardı.

Aydındır kı, bu vəziyyətdə çox şey Kremlin mövgeyindən asılı olacaq. Görünür, Qərbin sanksiyalarından ehtiyyat edən Putin sülhyaradıcı əməliyyat adı ilə Ukraynanın cənub-şərqinə birbaşa hərbi müdaxilə variantından imtina edib.

Çox gümankı, silah-sürsatı sərhəddən gizli keçirməklə separatçılara yardım davam etdiriləcək.

Aydındır kı, bu cür yardım, Kreml təbliğatı tərəfindən “Novorossiya” deyilən Ukraynanın cənub-şərqini Rusiyaya biləşdirmək uğrunda döyüşə yollananları qane etməyəcək.

Ehtimallara görə, Kreml Strelkovun və onun “kalaşnikovla” silahlanmış silahdaşlarının Ukraynada qalmasına çalışacaq - əks halda, hazırkı vəziyyətindən narazı qalan bu silahlı qrup Rusiya ərazisinə keçəcəyi halda Moskvanın özü üçün ciddi bir problemə çevrilə bilər.

Beləliklə yaxın zamanlarda, kraynada idarə olunan xaos vəziyyətinin mümkün qədər uzun sürməsi Moskvanın əsas məqsədi olacaq.

Belə bir halda Rusiya sakinlərini “rəngli inqilabların”, avtoritar hakimiyyəti devirmək cəhdlərinin xaos və vətəndaş müharibəsilə nəticələnəcəyinə inandırmaq olduqca asan bir məsələ olacaq.

Bu barədə daha geniş