Tehranda "bayraq" moda nümayişi iflasa uğrayıb

İran Fotonun müəllifi DANA.IR
Image caption Tehranda 'bayraq' moda nümayişi

Xəbər verilir ki, Tehranda keçirilmiş moda nümayişi zamanı milli bayraqdan müxtəlif tərtibatda istifadə edilməsi və üzərində heyvan şəkillərinin təsvir olunması İran hakimiyyətini qəzəbləndirib.

Dünya Çempionatı mövzusunda keçirilmiş nümayişdə, modellər üzərində müxtəlif heyvan təsviri və idman motivlərinin olduğu bayraqları geyinərək podiuma çıxıblar.

Tədbiri işıqlandıran mühafizəkar TV kanalları geyimləri tənqid edib və eyni zamanda auditoriyada kişilərin olmasından narazılıqlarını ifadə ediblər. Nümayişi tərtib və təşkil edən iki studiyaya İranın rəsmi Kanal Bir televiziyası tərəfindən xəbərdarlıq edilib.

“Biz Allah sözünə və müqəddəs bayrağımıza qarşı olan bu təhqirə etinasızlıq göstərə bilmərik,” mühafizəkar Javan qəzetindəki məqalədə deyilir. Yazıda tədbir “Qərb bayağılığının dəb evi” adlandırılıb və qeyd olunub ki, geyimlər İranın dini və mədəni standartlarına cavab vermir.

Bəzi tənqidçilər isə, xüsusilə bayraqdakı kaliqrafiyanın dəyişdirildiyi üslubu hədəfə alıblar. “Bayraqdan Allah işarəsinin götürülməsi və onun İran qaplanı adlanan heyvanın təsviri ilə əvəzlənməsi, eyni zamanda yad kişilərin diqqətini çəkmək üçün dəyişdirilmiş bayraqlardan ibarət nalayiq və eybəcər görkəmli geyimlər əlavə söz deməyə ehtiyac buraxmır,” Javan qəzetində qeyd olunur.

Nümayişi təşkil edən və özünü “İranın ilk moda agentliyi” adlandıran Violet agentliyi ilk əvvəl tədbiri Mədəniyyət və İslami İrşad Nazirliyinin tərkib hissəsi olan Milli Dəb və Geyim Fondunun dəstəyi ilə planlaşdırmışdı.

Bu barədə daha geniş