Moskva: metro qəzası ilə bağlı matəm elan olunub

Moskva Fotonun müəllifi AP
Image caption Moskva: metro qəzası nəticəsində ölən və yaralananlar var.

Rusiya paytaxtının meri Sergey Sobyanin 20 adamın ölümünə səbəb olmuş metro qəzası ilə bağlı 16 iyulu matəm günü elan edib.

Çərşənbə günü iki stansiya arasında qatarın relsdən çıxmasının səbəbləri araşdırılır.

Moskva metrosu dünyanın ən irimiqyaslı və qədim yeraltı dəmiryol xəttlərindən biridir.

Fövqəladə Hallar Nazirliyi hadisədən sonra 160-dən artıq adamın tibbi yardım üçün müraciət etdiyini bildirib.

Bunlardan 118 nəfər artıq xəstəxanaya yerləşdirilib. 42 adamın vəziyyətinin ağır olduğu qeyd olunur.

Metro rəsmilərinin verdiyi məlumata əsasən, qəza qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində baş verib.

Səbəblər

Fotonun müəllifi AFP
Image caption Rəsmilıər hadisədən sonra 160-dən artıq adamın tibbi yardım üçün müraciət etdiyini bildirirlər.

"Terror aktından başqa bütün versiyalar nəzərdən keçirilir, çünki zahirən belə görünür ki, terror aktı olmayıb", - Rusiya İstintaq Komitəsinin nümayəndəsi bildirib.

Fotonun müəllifi Reuters
Image caption Qəzadan sonra 1000-dən artıq adamın evakuasiya edildiyi göstərilir.

Vladimir Markin qəza səbəbi kimi ilk səsləndirilən gərginliyin qəfil düşməsi versiyasının təsdiqlənmədiyini deyib.

“Stansiyalar arasındakı (“Park Pobedy” - "Slavyanskiy bulvar") elektrik xətlərdə gərginliyin kəskin düşməsi yanlış olaraq siqnalizasiya sistemini işə salıb və buna görə elektroqatarın qəfil dayanması baş verib”, - ilk versiya olaraq Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi çərşənbə axşamı bildirmişdir. "Nasazlıqdan sonra qəfil dayanma baş verib. Nəticədə bir neçə vaqon relsdən çıxıb. Təəssüflər olsun ki, zərər çəkənlər var. Onlara hazırda tibbi yardım göstərilir. Sərnişinlər evakuasiya edilərkən bir vaqonun qapıları bloklanmışdır. Lakin xilasedicilər qapıları açaraq sərnişinlərin hamısını bayıra çıxarıblar".

Qəzadan sonra 1000-dən artıq adamın evakuasiya edildiyi göstərilir.

Hadisə ilə bağlı cinayət işinin açılacağı müəyyənləşdirilməkdədir, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bildirib.

Bu barədə daha geniş