Luhansk: Ukraynaya məxsus Miq-29 qırıcı təyyarəsi separatçılar tərəfindən vurulub

Donetsk Fotonun müəllifi AFP
Image caption Donetsk şəhəri güclü artilleriya atəşinə məruz qalıb.

Ukrayna rəsmilərinin məlumatına əsasən, ötən gecə Luhansk vilayətində silahlı separatçılar Ukraynaya məxsus Miq-29 qırıcı təyyarəsini vurublar.

Ukrayna təhlükəsizlik və müdafiə şurasıının katibi Andrey Lısenko Miq-29 təyyarəsinin vurulması xəbərini BBC Ukrayna xidmətinə təsdiqləyib.

Ukraynalı rəsmilərinn məlumatına əsasən, hərbi təyyarənin pilotu vurulmuş maşından paraşütla tullanaraq xilas oluna bilib, onun hərbi hospitala çatdırıldığı qeyd olunur.

Daha 10 dinc sakin həlak olub

Donetsk şəhər icra hakimiyyəti ötən gün ərzində baç vermiş atışma nəticəsində daha 10 dinc sakinin öldüyünü, 8 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını bildirib.

"Avqustun 17-ə keçən gecə şəhərin hər yerindən artilleriya atəşi və partlayış səsləri eşidilib. Bütün gecə davam etmiş intensiv artilleriya atəşi nəticəsində şəhərin 6 küçəsində yaşayayış binaları zədələnib", Donetsk şəhər icra hakimiyyətinin məlumatında qeyd olunub.

Meriyanın məlumatında eləcə də Mospino şəhərində artilleriya atəşi nəticəsində özəl sektora aid 21 yaşayış evinin zədələndiyi bildirilib.

Artilleriya atəşi nəticəsində Donetskdə 50 transformator stansiyasının işi pozulub, nəticədə bir neçə qəsəbə işıqsız qalıb.

Bu barədə daha geniş