Ukrayna prezidentindən sülh "yol xəritəsi" təklifi

Ukrayna lideri Petro Poroşenko Rusiya prezidentilə danışıqlardan sonra ölkənin şərqindəki münaqişənin nizamlanması üçün sülh "yol xəritəsi"nin hazırlanacağını bildirib.

Prezident Vladimir Putin Minskdə danışıqların yekunu sonucu olaraq söyləyib ki, Rusiya Ukrayna hökümətinə separatçılarla danışıqlar aparmağa yardım edə bilər.

Belarus paytaxtında Rusiya, Belarus, Qazaxıstan, Ukrayna və Avropa İttifaqı rəsmilərinin görüşü baş tutub.

Lakin ilk növbədə, Ukrayna höküməti atəşkəs imzalamağa razı olmalıdır, cənab Putin əlavə edib.

Həmçinin o qeyd edib ki, atəşin kəsilməsi hər iki tərəfdən olmalıdır.

Putinin sözlərinə görə, Rusiya Ukraynadakı vəziyyəti gərginləşdirməyib və gərginləşdirə bilməz də.

Rusiya prezidenti qeyd edib ki, Minsk görüşündə Ukraynada atəşkəs bağlanmasına dair müzakirə edilməyib.

Belarus paytaxtında Rusiya, Belarus, Qazaxıstan, Ukrayna və Avropa İttifaqı rəsmilərinin görüşü baş tutub.

Görüş zamanı, Rusiya və Ukrayna prezidentləri bağlı qapılar arxasında təxminən iki saat sürən müzakirələr aparıb.

Bazar ertəsi Ukrayna hakimiyyəti ölkənin şərqində 10 rusiyalı əsgərin tutulduğunu bildirib. Moskva hərbçilərin qonşu ölkəyə təsadüfən keçdiyini bildirsə də, bu onsuz da çəyin olan münasibətlərə əlavə gərginlik gətirib.

Kreml Ukrayna separatçılara hərbi dəstək verdiyi barədə Kiyevin ittihamlarını həmişə rədd edir.

Ukraynanın şərqində rusiyapərəst separatçılarla döyüşlərdə 2 mindən artıq adam həlak olub.