Dağıstanda "Anji-2" klubunun futbolçusu öldürülüb

Anji
Image caption Anji-2 klubu Rusiya futbolunun aşağı divizionunda çıxış edir

Dağıstanda ötən gecə Mahaçqalanın "Anji-2" futbol klubunun oyunçusu güllələnib.

"Anji-2" klubu Rusiya PFL peşəkarlar futbol liqasının 2-ci divizonunda çıxış edir.

Dağıstan DİN-ə istinadən Rusiyanın İnterfax agentliyi futbolçunun Novokuli qəsəbəsində gülləndiyini xəbər verib.

Məlumata əsasən futbolçu hadisə baş verdikdən sonra xəstəxanaya çatdırılıb və orada keçinib.

"Anji-2" klubunun yaydığı məlumata əsasən, qətlə yetirilən idmançı 20 yaşlı gənc futbolçu Həsən Maqomedov olub.