Şəkillər: Moskvanın səmadan görüntüləri

Yeni Zelandiyalı fotoqrafçı Amos Chapple Moskva mənzərələrini şəhər üzərində havaya qaldırılmış dron vasitəsilə çəkib.

mos Chapple / Rex Features
Şəklin alt yazısı,

Fotoqrafçı Amos Capple bu yaxınlarda Moskvanın havadan qeyri-adi üsulla şəkillərini çəkib. Dronda bərkidilmiş kameradan istifadə edərək yeni zelandiyalı şəhərə maraqlı bucaq altından baxa bilib. Bu şəkildə Ukrayna oteli təsvir edilib.

Şəklin alt yazısı,

Rusiya paytaxtı möhtəşəm abidələrlə zəngindir. Bu şəkildə heykəltaraş Vera Muxinanın nəhəng Fəhlə və Kolxozçu abidəsi əks olunub. Abidə ilk dəfə 1937-ci ildə Parisdə keçirilmiş Dünya Sərgisində nümayiş etdirilib.

Şəklin alt yazısı,

Kosmosu fəth edənlərə həsr olunmuş abidə. Yaradılma tarixi 1964-cü ilə aiddir.

Şəklin alt yazısı,

Qızıl meydan üzərindən uçan drondan çəkilmiş Kremlin görüntüsü. Onun sözlərinə görə, 2 gün axtarışdan sonra o, polisin nəzərindən uzaq bir güşə tapa bilib.

Şəklin alt yazısı,

Fotoqrafçı deyir ki, polisin dronun səsini eşitməməsi üçün dronu havaya küçədə nəqliyyatın gür işlədiyi vaxt buraxıb.

Şəklin alt yazısı,

Moskva Dövlət Universitetinin əsas binası. Arxa planda Moskva çayı görünür.

Şəklin alt yazısı,

Moskva çayının sahilində ucalan xilaskar İsa Məsih kilsəsi.