Türkiyədə qadın olmaq nə dərəcədə təhlükəlidir?

Rengin Arslan Fotonun müəllifi Rengin Arslan
Image caption Əyalət şəraitində boya-başa çatan BBC əməkdaşı Rengin Arslan universitetə qəbul olunduqdan sonra yaşamağa İstanbula köçüb

Mən Anadoludakı, kiçik şəhərdə böyüyüb başa çatmışam, 16 yaşında ali təhsil almaq üçün İstanbula gəlmişəm.

Hər dəfə küçəyə çıxdıqda, və ya əyalətə səyahət edəndə, cəmiyyət mənə qadın həyatının nə olduğunu xatırladıb.

Uşaq olanda qorxu hissim olamyıb.

İndi isə məni və bacımı böyüdüb boya-başa çatdıran valideynlərimin müdrikliklərini anlamağa başlayıram.

Onlar bizim qız olduğumuza görə ehtiyatlı davranmamızı nəzərdə tutan heç bir şərt qarşımıza irəli sürməyiblər, lakin bizi qorumağın yolunu biliblər.

O biri valideynlər isə bunu fərqli tərzdə ediblər. Mənim 10 yaşım var idi. Oğlanlarla oynamağa qonşular tərs baxırdı. Biləndə ki, rəfiqəmə oğlanlarla oynamaq icazə verilmir, təəcübbləndim.

Gedib anamdan bu barədə soruşdum. Onun dediyi indi də yadımdadır: "Siz bacı və qardaşsız, hamınız insansınız. Onlar sənə pislik etməz".

Fotonun müəllifi AFP
Image caption Bəzi türk valideynlər qızlarına oğlanlarla oynamamğı tapşırır

O zamanadan, anamın sayəsində, bərabərlik hissi qanımdadır.

Lakin gec-tez nəhayət onun da naratçılığı artdı, O, yaşadığı cəmiyyəti kifayət qədər yaxşı tanıyırdı.

17 yaşında imtahanları verib İstanbul universitetinə qəbul olundum. Mən Türkiyənin ən böyük şəhərinə köçüb tək-tənha yaşamağa hazırlaşırdım.

Anamın göz yaşları kəsilmirdi. Gecə-gündüz elə hey deyirdi: "Başına bir iş gəlsə nə edəcəyik? Onun axı cəmi 17 yaşı var".

Onun təşvişinə əhəmiyyət vermirdim. Qorxu hissi keçirmirdim. O zaman hesab edirdim ki, anamın nəzərdə tutduğu "nəsə" baş versə, özümü qorumaq gücündəyəm.

16 yaşında idim. Teatrda tamaşaya baxdıqdan sonra rəfiqəmlə evə qayıdarkən arxamızca bir kişinin gəldiyini gördük. Bir yaşayış binansının dəhlizinə girib oradan yarım saatdan çox daldalandıq.

Fotonun müəllifi Getty
Image caption Istanbul çox gözəl şəhər olsa da, Rengin gecələr şəhər gəzintisinə şıxmağa ehtiyyat edir

Anamın təşvişinə baxmayaraq mən İstanbula gəldim. Şəhər ecazkardır, ziyarət etməli, gəzməli, görməli yerləri həddən artıqdır. Lakin bu 1 il ərzində mənə aydın oldu ki, şəhəri yalnız gündüz və ya camaatın gür olan vaxtı gəzmək mənim üçün təhlükəsizdir.

Əks halda xeyli hadisələr baş verə bilər, ən azı təhqiredici söz, avtomobillərin siqnal verməsi, və bu kimi digər hərəkətlər.

Addımları tezləşdirməyi öyrənirsən, evə mümkün qədər tez çatmağı arzulayırsan. Hətta yaşadığın küçədə promlemlərlə üzləşə bilərsən.

Paltar heç nədən sığortalamır

Universitetdə oxuyarkən İstanbul tarixi məhəlləsində kiçik bir mənzildə qalırdım. Həmin məhəllənin dar, qaranlıq küçələri var idi.

Ora təzəcə köçəndə, qaldığım binanın qarşısında veyillənən bir qrup cavan oğlanlar ünvanıma nəsə qışqırırdılar. Qışqırdıqları sözləri qulaqardına vurdum - onlar 5-6 nəfər idi və mübahisə etmək həvəsim yox idi.

Mən həmişə ehtiyatlı olmağa çalışmışam, nə geydyimə fikir verirəm. Lakin əynindəki paltar heç nədən sığortalamır.

20 yaşlı universitet tələbəsi Özgecan Aslan evinə avtobusda qayıdırmış. Deyildiyinə görə, sürücü onu zorlamağa çalışıb, o isə, bibər qazını işə salaraq özünü müdafiə etməyə cəhd edib.

Həmçinin oxuyun: Azərbaycanda "Özgecan Aslan halları"

Polis onun qətlə yetirilməsilə bağlı 3 nəfəri həbs edib - mikroavtobus sürücüsünü, onun atasını və dostunu.

Qətl hadisəsinə etiraz bildirmək üçün minlərlə qadın küçələrə çıxdı. Başı örtüklü ali məktəb qız tələbəsinin mənə "küçə mənə ehtiyatlı olmağı öyrədib" deyir. Sadə olduğu qədər diqqəti çəkən fikir.

Beynimdə mən də öz həyat tərzimə nəzərdən keçirdim - həqiqətən də, küçə bizi ehtiyatlı olmağa öyrədib.

Əks halda, Özgecan bibər qazı balonunu özilə çantasında niyə gəzdirirdi?

Fotonun müəllifi Getty
Image caption 20 yaşlı tələbə qızın qətlə yetirilməsinə etiraz olaraq minlərlə qadən küşə nümayişinə çıxdı.

Bu yazını yazdıqca anlamağa başladım ki, Türkiyədə qadınlar gündəlik təhqiri artıq adilik kimi qəbul edir, buna öyrəşiblər.

Bizim yaşamaq instiktimiz bizi mümükün təhlükələrdən qorunmaq taktikasını öyrədib.

Mənim üçün bu taktika bütün günü cins şalvarda gəzmək, makiyajdan həddən çox istifadə etməmək və küçədə gəzəndə qorxu hissini bildirməməkdən ibarətdir.

Küçədə, məktəbdə, kafedə, evdə, fiziki və şifahi təhqir gündəlik həyatımızın tərkib hissəsinə çevrilib.

Qətl hadisəsindən bir neçə gün sonra qadınlar seksual zəmində təhqir təcrübələrini Twitterdə #sendeanlat həştəqini istifadə etməklə bölüşməyə başladırlar.

Bu mövzu iki günə 700 000 dəfə tvitlənib. Yüzlərlə şəxsi təcrübəyə əsaslanan əhvalat paylaşılıb – mən öz təcrübəmi ümumi təcrübələr dəniznin yalnız bir damlası olduğunu anladım.

Yaşadıqlarımı anama heç zaman danışmamışam. Lakin Özgecanın qətlindən sonra bunu sizlərə danışarkən, ona zəng etdim.

Qısa telefon söhbətində Türkiyədə qadın olmağın nə olduğu barədə geniş mənada danışdıq. Hər ikimiz ağlayırdıq.

Bu barədə daha geniş