İranlı-kürd Saman Naseem Qərbi Azərbaycanda "gizli asıla bilər"

Saman Naseem Fotonun müəllifi

Qərbi Azərbaycan vilayətində iranlı-kürd kişinin edamı "gizli həyata keçirilə bilər", insan haqları təşkilatı Amnesty International xəbərdarlıq edir.

22 yaşlı Saman Naseem cümə axşamı səhər saatlarında edam olunmalı idi, lakin Amnesty-nin bildirdiyinə görə, onun hadara olduğu ilə bağlı məlumat verilmir.

2015-ci ill fevralın 18-də Saman Naseem Urmiyə Mərkəzi Həbsxanasına köçürülüb, bundan sonra isə onun edamı barədə qarışıq məlumatlar yayılıb. BBC Farsca xidmətinə danışan ailə üzvləri onun taleyi barədə məlumatsız olduğunu bildirib. Eyni samanda bəzi KİV-lərdə onun artıq edam olunduğu bildirilir.

Saman Naseem qadağan olunmuş kürd partiyasının silahlı fəaliyyətində iştirak etməkdə təqsirli bilinib. Həbs olunanda o, 17 yaşında idi.

Çağırışlar

"İran hakimiyyəti Saman Naseemin ailəsilə oyunlar oynamağı dayandırmalıdır", Amnesty-nin bəyanatında deyilir. "Onlar dərhal onun harada olduğunu açıqlamalı, onun edamını dayandırmalı və məhkəmə işi haqqında hərtərəfli istintaq aparmalıdır".

Bundan öncə BMT ekspertləri və insan haqları fəalları rəsmi Tehranı Saman Naseemin edamını dayandırmağa çağırmışdı.

2013-cü ildə iddia edildiyinə görə, cinayəti işgəncə altında boynuna alandan sonra Saman Naseem ölüm cəzası almışdı.

BMT ekspertləri deyiblər ki, azyaşlı cinayətkarların edamı beynəlxalq qanunvericiliyə tamamilə ziddir.

Cənab Naseem 2011-ci ilin iyul ayında, Sərdəşt şəhərində Kürdistanda Azad Həyat Partiyasının (PJAK) və İnqilab Keşikçilərinin üzvləri arasında atışmadan sonra həbs olunmuşdu.