Moskva korrupsiyaya qarşı komikslə mübarizə aparır

comic Fotonun müəllifi Losinoostrovskiy District Council
Image caption "Etiraf edim ki, Volqanı tamam unutmuşdum," məmur deyir

Moskva şəhər hakimiyyəti məmurları korrupsiya vərdişlərindən yayınmaqla bağlı maarifləndirmək üçün komik kitabdan istifadə edir, məlumatlarda deyilir.

"Korrupsiyaya Qarşı" adlanan kitab rüşvət almamaları üçün indiyə qədər 30,000 dövlət qulluqçusuna tədris edilib, İzvestiya qəzeti yazır.

Moskva Şəhər Dövlət İdarəçilik Universitetinin rəssamları tərəfindən hazırlanmış kitabda çətin vəziyyətlərdən necə çıxmaq lazım olduğunu məsləhət verən xarakterlər əks olunur.

Kitabda həmçinin rüşvət başında yaxalanmış məmurlarla bağlı xəbərdarlıq hekayələri var, qəzet yazır.

Bölmələrdən birində məmurlara deyilir ki, onlar 3000 rubl dəyərindən ucuz hədiyyələri qəbul edə bilərlər, ancaq onlar bu cür hədiyyəni davamlı olaraq eyni şəxsdən ala bilməzlər.

Tərtibatçıların bildirdiyinə görə, komik kitabdan istifadə edilməsinin əsas məqsədi məlumatı daha cəlbedici etməkdir.

Təlimdə iştirak edənlərin arasında merin müavini də daxil olmaqla, yüksək çinli məmurlar da var, İzvestiya yazır.

Bu barədə daha geniş