Aleksey Navalnı həbs edilib

Aleksey Navalnı Fotonun müəllifi Reuters
Image caption Müxalifət lideri Aleksey Navalnı aksiyaları məhdudlaşdıran qanunu pozduğuna görə həbs edilib

Rusiya müxalifət lideri Aleksey Navalnı anti-Putin aksiyasını təbliğ etmək üçün vərəqələr payladığına görə 15 günlük həbs cəzası alıb.

Onun həbsi nəticəsində o, martın 1-i üçün planlaşdırılmış aksiyada iştirak edə bilməyəcək.

Dekabr ayında Navalnı mənimsəmə işi ilə bağlı təqsirkar tanınandan sonra ev həbsi ilə cəzalandırılmışdı. O deyir ki, ona qarşı məhkəmə işləri onun siyasi fəaliyyətilə bağlıdırlar.

Cümə axşamı Navalnı məhkəmə zalından qandallı çıxıb və polis maşında aparılıb.

O, tərəfdarlarını Prezident Putinin siyasətinə qarşı aksiyaya qoşulmağa çağırıb.

Navalnı aksiyaları məhdudlaşdıran qanunu pozduğuna görə həbs edilib.

Bu barədə daha geniş