Gürcüstan prezidenti Poroşenkonu Tbilisiyə dəvət edib

Marqvelaşvili Fotonun müəllifi Getty
Image caption Gürcüstan prezidenti Petro Poroşenkonu Tbilisiyə rəsmi səfərə dəvət edib

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Ukrayna prezidenti Petro Poroşenko ilə görüşərək onu Tbilisiyə rəsmi səfərə gəlməyə dəvət edib

"Prezident Poroşenko Gürcüstana Ukraynada vəziyyət bunu ona etməyə imkan verəndə, Ukraynada sülh möhkəmlənəndə, gələcək", marqvelaşvili deyib.

Marqvelaşvili avropa dövlətləri liderləri və Ukrayna prezidentilə yanaşı ötən bazar günü Ukraynada Maydan hərəkatının 1-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edib.

Gürcüstan prezidentinin mətbuat xidməti bazar günü Poroşenko ilə Marqvelaşvili arasında görüşün baş tutduğunu da bildirib.

Məlumata əsasən, həmin görüş zamanı ikitərəfli münasibətlər və Ukraynadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub.