Ermənistan idmançıları Bakıya getməyə hazırlaşırlar

karen_aghamalyan Fotonun müəllifi BBC World Service
Image caption Ermənistan olimpiya boks komandasını Bakıda Ermənistanın gənclərdən ibarət boks komandasının məşqçisi Karen Ağamalyan təqdim edəcək

Ermənistanın boks, sambo və cüdo üzrə milli komandaları Bakıda ilk Avropa Olimpiya Oyunlarında iştirak edəcəklərini təsdiq ediblər.

Ancaq boks üzrə milli komanda Avropa Olimpiya Oyunlarına getmək qərarına gəlsə də, komandanın baş məşqçisi David Torosyan Bakıya getməkdən imtina edib.

Daha əvvəl, Ermənistan Milli Olimpiya Komitəsi (MOK) Ermənistan idmançılarının altı növdə - sambo, atıcılıq, cüdo, güləş, boks və tekvando - iştirak edəcəyi haqqında qərar qəbul edib, lakin Bakıya gedib-getməmək məsələsi üzrə son qərarı idmançılarla məşqçilərin ixtiyarına vermişdi.

Torosyanın əvəzinə Bakıda komandaya boks üzrə gənclərdən ibarət milli komandanın məşqçisi Karen Ağamalyan başçılıq edəcək, bazar ertəsi jurnalistlərə Ermənistan Boks Federasiyasının sədri Artur Gevorqyan deyib.

Həmçinin oxuyun: Avropa Oyunları 2 015 nədir, necə keçəcək, yarış nəyin uğrunda olacaq?

“Komandamız Bakıya gedəcək və Avropa Oyunlarında iştirak edəcək. Mən və komandanın oğlanları bir idmançı kimi döyüşdən imtina edə bilmərik. Lakin getməmək haqqında siyasi qərar olsa, Ermənistanın başqa komandaları kimi biz də iştirak etmərik”, - Artur Gevorqyan bəyan edib.

Azərbaycan çempionu

Ermənistan Sambo Federasiyasının sədri Levon Hayrapetyan isə Ermənistan samboçularının birmənalı Bakı olimpiadasına yollanacağını bəyan edib.

Fotonun müəllifi BBC World Service
Image caption Ermənistan Sambo Federasiyasının sədri Levon Hayrapetyan hesab edir ki, ilk Avropa Olimpiya Oyunlarında Ermənistan mütləq iştirak etməlidi (Şəkil - Ermənistan İctimai TV)

Yeri gəlmişkən, Levon Hayrapetyanın tərcümeyi-halına əsasən, o, 1963-1969-cu illərdə dəfələrlə sambo üzrə Azərbaycan çempionu olub.

“Məsələ heç də oradan nə kimi nəticələrlə qayıtmağımız deyil. İlk növbədə Oyunlarda iştirak etmək vacibdir. Və, əlbəttə, ən güclü tərkiblə”, - bazar ertəsi Yerevanda mətbuat konfransında Levon Hayrapetyan deyib.

Federasiyanın sədri Ermənistan samboçularının “normal halda” olduğunu, hər il “dünya və Avropa yarışlarından 25-dən çox medal“ qazandıqlarını qeyd edib.

Onun sözlərinə görə, Avropa Olimpiya Oyunlarında Ermənistana sambo üzrə 4 çəki kateqoriyasında 8 yer ayrılıb, lakin, federasiya sədrinin fikrincə, Ermənistan samboçularının ənənəvi güclü olmadıqları kateqoriyalarda.

Cüdoçular

Cüdo Federasiyası sədrinin müavini David Xitaryan daha nikbindir. Ermənistan cüdoçularının şübhəsiz Bakı Olimpiya Oyunlarına qatılacağını bəyan edən Xitaryan Azərbaycan paytaxtında Ermənistan himninin çalınacağına ümid edir.

Fotonun müəllifi BBC World Service
Image caption David Xitaryan Ermənistan cüdoçularının ilk Avropa Olimpiya Oyunlarından qələbə ilə qayıdacaqlarına əmindir

"Ermənistan Cüdo Federasiyası Avropa Olimpiya Oyunlarında iştirak etməyə hazır olduğunu həmişə deyib. Bakıda Ermənistan bayrağının ucaldılmasından yaxşı nə ola bilər?!" - jurnalistlərə cənab Xitaryan deyib.

Lakin komandanın tərkibi hələ məlum deyil. Bakıya gedən cüdoçular Tbilisidə və Türkiyənin Samsun şəhərində gözlənilən Grand Prix yarışlarından sonra seçiləcək. “Biz Bakıya ən güclüləri göndərmək istəyirik. Ona görə də bizim üçün bütün kateqoriyalarda təmsil olunmaq vacib deyil”, - Xitaryan bəyan edib.

Dörd ildən bir keçiriləcəyi nəzərdə tutulan ilk Avropa Olimpiya Oyunları bu il iyunun 12-dən 28-nə kimi Bakıda keçiriləcək.

Yarışlarda 20 idman növündə 253 komplekt medal oynanacaq. 20 idman növlərindən on biri üzrə 2016-cı il Rio de Janeyro Olimpiadasına “vəsiqə veriləcək”.

İlk Avropa Olimpiya Oyunlarında qitənin bütün ölkələrindən 6 mindən artıq idmançıları iştirak edəcək.

Bu barədə daha geniş