Rusiya bloqerləri “Qələbə günü” plakatlarını lağa qoyurlar

Image caption Junckers təyyarəsi "Qələbə" plakatında

Rusiya bloqerləri xəbər verirlər ki, İvanteyevka şəkil şəbəkəsində Qələbə gününə həsr olunmuş açıqcalardan birində Georgi lentinin yanında alman bombardmançısı Junckers Ju-88-in kabinəsi və kabinədəki alman təyyarəçilər görünür.

Bu plakat bloger Mixail Pojarskinin diqqətini cəlb edib.

“Bax belə fotolar mənə ümid verir, - yazır bloqer Facebook-da, - Düşünməyə başlayıram ki, BİZİMKİLƏR otuturblar və sakit təxribatla məşğuldurlar”.

Ju-88 təyyarələrindən biri 1944-cü ildə Britaniya hərbçilərinin əlinə keçib və onlar təyyarəni öz ölkələrinin bayrağındakı rənglərə boyayıblar.

“Almanlar da vətən uğrunda vuruşublar da...öz vətənləri uğrunda” - yazır Tvitterdə istifadəçi Viktor Şatalov.

“Yəqin kimsə Google edib, şəkil xoşuna gəlib və altındakı yazıları oxumayıb. Rüsvayçılıqdır. Vicdanları yoxdur” – deyə Aleksey Kikin yazır.

Başqa bir oxucu – Parfitta Marshall Brentall isə ümumiyyətlə başa düşə bilmir: “Bu plakatlar nəyə lazımdır, axı? Millətçiliyi qızışdırmaq üçün? Tezliklə müharibə olacağını bildirmək üçün?”

Junckers-in şəkli plakatlarda görünəndən sonra İvanteyevkanın başçısı Sergey Gridnyov deyib ki, bu rüsvayçılığın səbəbkarları cəzalandırılacaqlar.

Qeyri-sovet personajlar

Bu, “sovet plakatları”nda qeyri-sovet personajlarının göründüyü ilk fakt deyil. Məsələn, 2012-ci ildə jurnalist Andrey Malgin bir plakatın şəklini paylaşmışdı. Bu plakatda sovet əsgəri adı ilə Amerika dəniz piyadası təsvir olunmuşdu.

Başqa bir “xəta” barədə Livejournal-da məlumat yayılıb. Çelyabinskdə Qələbə gününə həsr olunmuş plakatda, vurulmuş T-34 tankının fonunda alman əsgərlərinin şəkli var.

Fotonun müəllifi bbc

Çeboksarıdakı reklam lövhəsində isə Vermaxtın gənc əsgəri qumbara atmağa hazırlaşdığı dramatik anda təsvir edilib. Təbiidir ki, “sovet əsgəri” kimi.

Image caption Şəklin orjinalı

Maraqlıdır ki, əsgərin arxasındakı Rusiya bayrağı da tərsinə təsvir olunub.

Ötən il Qazan şəhərində “Qələbə günü”nə həsr olunmuş konsertin afişası da çox qəribə imiş. Bu afişada Amerika torpedodaşıyan bombardmançı təyyarəsi Avenger, Britaniya qırıcısı P.82 Defiant və Almaniya zirehli transportyoru SdKfz 250 təsvir olunub.

Katyuşa ilə Pantera

Fotonun müəllifi bbc

Murom şəhər icra hakimiyyətinin yaydığı Qələbə plakatları da marağa səbəb olub.

Image caption Şəklin orjinalı

Burada, mayın 9-da Amerika əsgərləri İvodzima adasında...Sovet bayrağını ucaldırlar. Əlbəttə şəklin orjinalında onların Amerika bayrağını ucaltdıqları görünür.

Beləcə, çox sayda “sovet plakatlarında” almanların Pantera və Tiqr tankları görünür. Photoshop proqramının köməyi ilə Pantera “Katyuşa”nın yanında dayanıb.

Lakin ən maraqlısı Oryol şəhərində baş verib. Qələbə plakatında balaca oğlan sevinir və gülür: “Babamın qələbəsi – mənim qələbəmdir!” - yazılıb plakatda. Amma elə düz “qələbə” sözünün arxasında şən alman əsgərlərinin şəkli verilib.