Tbilisidə baş vermiş daşqında ən azı 12 nəfər həlak olub

Fotonun müəllifi Reuters
Image caption İlkin məlumatlara görə, daşqın nəticəsində 8 nəfər ölüb, 3 nəfərin axtarışı davam edir.

Ötən gecə Gürcüstan paytaxtında baş vermiş daşqın nəticəsində azı 12 adam ölüb, yerli rəsmilər xəbər verib.

Həlak olanların xatirəsini yad etmək üçün iyunun 15-də ölkədə matəm elan olunub.

Tbilisi şəhər meri David Narmanianın sözlərinə görə vəziyyət "olduqca ağırdır".

Tbilisi merinin müavini Irakli Lekvinadzenin təxminlərinə görə daşqın nəticəsində şəhərə $10 milyon məbləğində zərər vurulub.

Fotonun müəllifi Reuters
Image caption Evlərin həyətləri, binaların birinci mərtəbələri və yüzlərlə evin zirzəmisi, yeraltı keçidlər suyun altındadır.
Fotonun müəllifi Reuters
Image caption Tbilisi meri vəziyyətin çox ağır olduğunu etiraf edib.
Fotonun müəllifi AFP
Image caption Axtarış-xilasedici işlər davam etdirilir

Bazar gününə keçən gecə baş vermiş leysan yağışlar nəticəsində şəhərin bir neçə rayonunda daşqın baş verib - evlərin həyətləri, binaların birinci mərtəbələri və yüzlərlə evin zirzəmiləri, yeraltı keçidlər suyun altındadır.

Bu arada daşqın zamanı şəhər zooparkından qaçan heyvanların da axtarışı davam etdirilir.

Daşqın zamanı paytaxt zooparkından 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb.

Bəzi qaçmış heyvanları tutmaq mümkün olub, bəziləri öldürülüb.

Lakin qaçmış heyvanların dəqiq sayı qeyri-müəyyən qalır.

Axtarış əməliyyatı havadan da aparılır - şəhər üzərində helikopterlər uçur.

Tbilisi rəsmiləri zooparkdan vəhşi heyvanların qaçması ilə bağlı sakinlərə ehtiyyatlı hərəkət etməyə və evlərindən bayıra çıxmamaq barədə xəbərdarlıq ediblər.

Fotonun müəllifi Reuters
Image caption Daşqın zamanı Tbilisi zooparkından 30-a yaxın vəhşi heyvan qaçıb
Fotonun müəllifi Reuters
Image caption Begemota uyuşdurucu iynə vurmaq mümkün olub...
Fotonun müəllifi Reuters
Image caption ...lakin bəzi qaçmış vəhşi heyvanları öldürmək lazım gəlib.