Türkiyədə Twitter-ə giriş "qismən məhdudlaşdırılıb"

Fotonun müəllifi PA

Türkiyədə bir neçə internet provayder məhkəmə qərarına əsasən, Suruçdakı hücum barədə foto və videomateriallar yerləşdirilmiş Twitter serverlərinə girişi bağlayıb.

Sayta giriş məzmunun yığışdırıldığı təqdirdə yenidən açılacaq, adı çəkilməyən yüksək rütbəli rəsmiyə istinadən Reuters agentliyinin yaydığı məlumatda deyilir.

Bazar ertəsi əhalisinin çoxu kürd olan Suruç şəhərində gənclərin keçirdiyi konfrans vaxtı baş verən partlayış 32 adamın ölümünə bais olub.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Aprel ayında məhkəmə prokurorun girov götürülməsini əks etdirən görüntülərə görə sosial media saytlarına girişi məhdudlaşdırmışdı.

Öncədən Suriya ilə həmsərhəd Suruçda baş verən həmlənin qadın tərəfindən həyata keçirildiyi güman edilirdi. Lakin çərşənbə günü DNT testlərinə əsasən hücumçunun 20 yaşlı yerli tələbə olduğu bildirilib.

Çərşənbə günü Suruç yaxınlığında başından güllə ilə vurulub öldürülən iki polis əməkdaşının cəsədləri aşkar olunub.

Hücum polislərin yaşadığı evdə baş verib. Hadisənin ekstremist təşkilatların fəaliyyətilə bağlı olub-olmadığı araşdırılır. Hakimiyyət bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə daha geniş