Rublun qiyməti illik minimuma yaxınlaşır

Rubl Fotonun müəllifi RIA
Image caption Ekspertlər rublun qiymətinin düşməsinin əsas səbəbini dünya bazarlarında neftin qiymətinin azalmasında görürlər

Bu gün səhər Moskvada birjalar açılarkən dolların kursu 70 rubldan yuxarı olub və beləliklə, yanvar ayında olmuş minimuma yaxınlaşıb.

Avronun kursu isə 81 rubldan yuxarı olub.

Bazar ertəsi ABŞ və Asiya birjalarında qiymətlərin kəskin enməsindən sonra Moskvada RTS indeksi 3,1 faiz aşağı enib.

Rublun qiymətinin düşməsinin əsas səbəbini ekspertlər dünya bazarlarında neftin qiymətinin azalmasında görürlər.

Bazar ertəsi Brent markalı neftin qiyməti bir barel üçün 45 dollardan aşağı olub.

Bundan başqa, eskpertlər deyir ki, inkişaf etməkdə olan bütün ölkələrin valyutaları kimi, rubl da bazarda təzyiqlərlə üzləşir.

Qərbin tətbiq etdiyi sanksiyalar da, rublun kursuna təsir göstərir. Belə ki, Rusiya şirkətləri xarici kreditorlardan borc ala bilmir.

Rublun gələcəyi barədə danışan ekspertlər onun daha da zəifləyəcəyini bildirir.

"Əgər Brent bir barel üçün 40 dollaradək düşərsə, o zaman dolların qiyməti 75 rubla çata bilər", - Reuters agentliyi İNG treyderi Konstantin Kostruba istinadla yazır.

Bu barədə daha geniş