Devalvasiya rublun iflyasiyası ilə "nəticələnməməlidir"

Fotonun müəllifi Getty

Rusiyada davam edən devalvasiya rublun iflyasiyası ilə nəticələnməməlidir, Rusiya prezidentinin müşaviri Andrey Belousov deyib.

"Zənnimcə rublun devalvasiyasının iflyasiya yaradacağı barədə gözləntilər əsassızdır, çünki qiymətlər artıq rublun zəifləməsinə uyğunlaşıblar”, - Rusiya prezidentinin köməkçisi deyib.

Rusiya rəsmisinə əsasən məzənnənin dollara nisbətdə 65-70 dollar civarlarında sabitləşdiyi təqdirdə, Rusiyada inflyasiya problemi yaranmayacaq.

Belousov həmçinin deyib ki, Rusiya büdcəsi dolların 50 rubl olacağının nəzərə alınması ilə tərtib olunub.

Rusiya prezidentinin köməkçisi neft qiymətlərinin 40 dollara düşə biləcəyini deyib. Hərçənd ki, Belousov bunun uzunmüddətli qitmət enişi olmayacağını hesab edir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin iqtisadiyyatın aşağı neft qiymətlərinə uyğunlaşdığını deyib.

Bu barədə daha geniş