Elton John-a Putinin adından telefon dələduzu "Vovan zəng edib"

Image caption BBC-ə müsahibə verən Ser Elton John Rusiya prezidentini gey haqlarına münasibətinə görə tənqid edib

Telefon dələduzu "Vovan" deyir ki, Vladimir Putinin adından Elton John-a zəng edən o olub.

Bundan əvvəl Kreml, Prezident Putinin müğənniyə zəng etdiyini inkar etmişdi.

Çərşənbə axşamı britaniyalı musiqiçi Ser Elton John özünün Instagram səhifəsində yazmışdı ki, Rusiya prezidenti Vladimir Putin ona zəng edərək LGBT (lesbiyan, gey, biseksual və trans-seksual) məsələsini müzakirə etməyə dəvəd edib.

Ötən həftə BBC-ə müsahibə verən Ser Elton Rusiya prezidentinin gey haqlarına münasibətini "gülünc" adlandırıb və onu tənqid edərək onunla bununla bağlı görüşmək istədiyini demişdi.

Keçən il Human Rights Watch təşkilatının hesabatına görə, Rusiyada homofobik zorakılığın qarşısı alınmayıb və ölkədə azlıqlara qarşı hücumların sayı artır.

Ser Elton deyib ki, o Putinlə danışmağa hazırdır, hətta “arxamca gülsə... və məni axmaq adlandırsa” belə.

Fotonun müəllifi ELTON JOHN INSTAGRAM
Image caption Ser Elton John özünün İnstagram səhifəsində Rusiya prezidentinin ona zəng edərək görüşə dəvət etdiyini yazıb

Ukraynaya səfər etmiş musiqiçi prezident Petro Poroşenko ilə görüşüb və ölkədə LGBT icmasına güclü dəstək göstərilməsinə çağırıb.

Elton John həmçinin iş adamları ilə görüşərək onları LGBT əməkdaşlarını işdən çıxarmamağa dəvət edib.

Rusiya 2013-cü ildə “azyaşlılar arasında homoseksual davranışı” təbliğ edən fərdlərin mühakiməsini nəzərdə tutan qanun qəbul edib.

Ser Elton bu addımı və keçən il cənab Putinin, geylərin uşaqları hədəf aldığına dair şərhini, tənqid edib.

“Siz Rusiyanın prezidentisiz və gedib belə axmaq şeylər danışırsız?” Ser Elton deyib.

O bildirib ki, cənab Putinin geylərə münasibəti "qərəzlidir" və "gülüncdür".

“Mən [cənab Putinlə] görüşmək istəyirəm,” Elton John BBC-nin diplomatik müxbiri Bridget Kendall-a bildirib.

Bu barədə daha geniş