Rusiya niyə Suriyada fəaldır? - Suallar və Cavablar

Fotonun müəllifi Ria Novosti

Son vaxtlar mətbuatda və bloqosferdə Rusiya ilə Suriya arasında hərbi-texniki sahədə əməkdaşlıq geniş müzakirə olunur. İnternetdə dolaşan şayiələrə görə, Rusiya hərbçiləri hətta döyüş əməliyytlarında birbaşa iştirak edirlər.

Biz bu məsələlərlə əlaqədar yarana biləcək bir neçə sual seçmişik və onlara cavab verməyə çalışmışıq.

Suriyada Rusiyanın hansı fəallığından söhbət gedir?

Latakiya şəhəri rayonunda gedən döyüşləri əks etdirən videogörüntülərdə Ruisiyanın ən yeni BTR-82 zirehli hərbi maşını gözə dəyib. Bu maşının özünəməxsus modulu var və o 30 millimetrlik topundan atəş aça bilir.

Bundan başqa internetdə həmçinin guya Rusiya pilotsuz təyyarələrini və başqa silahları göstərən fotolar yayılıb.

Bəzi bloqlarda bu fotolara istinad edilərək məhdud sayda Rusiya hərbçilərinin döyüş əməliyyatlarında Suriya hökuməti tərəfində döyüşdüyü iddia olunub.

Həqiqəti desək, Rusiya hərbçilərinin döyüş əməliyyatlarında iştirak etdiyini göstərən birbaşa sübutlar yoxdur.

Fotonun müəllifi Reuters
Image caption Rusiyanın “Aleksandr Orlovets” hərbi desant gəmisi Aralıq dənizində Bosfor boğazından keçir

Buna baxmayaraq sosial şəbəkələrdə Rusiya əsgərlərinin, o cümlədən dəniz piyadalarının fotolarına rast gəlmək mümkündür. Geolokasiya damğalarına görə bu fotolar Suriyada çəkilib və onlardan bəzilərində hərbi gəmilər görünür.

Doğrudur, fotolardakı əsgərlərin sayı 10-15 nəfəri keçmir. Hər fotoda adətən bir və ya iki əsgər olur. Bundan başqa əsgərləri döyüş zamanı göstərən fotolar yoxdur.

Rusiya rəsmiləri Suriyada hərbu yüklərin və Rusiya obyektlərinin mühafizəsi üçün yetərli saydan artıq əsgər olduğunu təsdiq etmirlər.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya qoşunlarının Suriyada yerləşdirilməsi ordu üçün prioritet deyil.

Son vaxtlar Suriya istiqamətində hərəkət edən Rusiya hərbi nəqliyyat və desant gəmilərinin reysləri artıb.

Bosfor boğazından keçən gəmiləri müşahidə edən Türkiyə spotterləri qeyd edirlər ki, Rusiya gəmilərinin üst göyərtələrində hərbi maşınların olduğu görünür. Onları adədətən gəmilərin gövdəsində gizlədirlər.

Amerika hərbçiləri bildiriblər ki, Rusiya Suriyanın şimal-qərbindəki Latakiya yaxınlığında hərbi-hava bazası quraşdırır. Pentaqonun nümayəndəsi deyib ki, son vaxtlarda Latakiya yaxınlığındakı aviasiya bazasına canlı qüvvə və avadanlığın sabit axını müşahidə edilib.

Amerika mənbələri Reuters agentliyinə anonimlik şərtilə məlumat veriblər ki, həmin bazanın yaxınlığında 7 ədəd T-90 tankı və artilleriya qurğuları müşahidə olunub. Onların fikrincə, bu texnikanın məqsədi bazadakı Rusiya kontingentini qorumaqdır.

Bundan əvvəl Reuters xəbər vermişdi ki, bazada 200-dək dəniz piyadası yerləşdirilib və orada yaşayış evcikləri, səyyar yerüstü idarəetmə stansiyası, habelə hava hücumundan müdafiə sisteminin komponentləri quraşdırılır.

Rusiya beynəlxalq qanunları pozurmu?

Rusiya Suriya ilə hərbi-texniki sahədə əməkdaşlıq etdiyini gizlətmir və daim beynəlxalq qanunları pozmadığını bəyan edir.

Dövlət Duması müdafiə komitəsinin sədri Vladimir Komoyedov BBC-yə deyib ki, Rusiya heç nəyə baxmayaraq Suriyaya kontrakt üzrə öhdəliyi olan bütün silahları çatdıracaq.

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova öz növbəsində bəyan edib ki, xarici işlər naziri Sergey Lavrov dövlət katibi John Kerry ilə telefon söhbətində “belə yardımın keçmişlərdə göstərildiyini və indi də göstərilməkdə davam etdiyini bildirib və Rusiyanın rəsmi Suriya hökumətinə terrorçuluqla mübarizə üçün hərbi texnika yardımı göstərdiyini heç vaxt gizlətmədiyini söyləyib”.

Suriyaya qarşı rəsmən BMT sanksiyaları mövcud deyil. Belə bir qətnamələrin səsə qoyulması Rusiya və Çin tərəfindən vetolanıb.

Silah təchizatının qadağanı və başqa məhdudiyyətlər yalnız Bəşər Əsəd rejimini müxalifətlə müharibəni qızışdırmaqda ittiham edən ayrı-ayrı ölkələr tərəfindən tətbiq olunur.

Son vaxtlarda nə dəyişib?

Fotonun müəllifi AFP
Image caption Keçən həftə Rusiyanın nəqliyyat təyyarələri Suriyaya humanitar yük gətirib

İlk növbədə Rusiyanın Suriyaya hərbi yardımının həcmi dəyişib. Bu yardım son dərəcə artıb. Bundan əlavə Rusiyanın Suriyaya əvvəllər vermədiyi silahları göndərdiyi diqqəti cəlb edib.

Bu yüklərin nomenklaturası açıqlanmır, lakin mətbuata müəyyən sistemlərin gətirildiyi barədə xəbərlər sızır. Məsələn, avqustda Suriyaya MiG-31 qırıcı təyyarələrinin gətirildityi barədə şayiələr geniş yayılmışdı və bu, sonradam Moskva tərəfindən təkzib edilmişdi.

Buna baxmayaraq, Türkiyə spotterləri qeyd edirlər ki, son zamanlarda Bosfor boğazından keçən hərbi nəqliyyat gəmilərinin sayı artıb.

Qərbdə buna münasibət necədir?

ABŞ və Qərb dövlətləri prezident Bəşər Əsədə qarşı çıxırlar.

Onlar əmindirlər ki, onun rejiminə hər hansı dəstək yalnız ölkədəkli hərbi münaqişənin uzanmasına səbəb olacaq.

Amerikalıların sözlərinə görə Rusiyanın yardımı, rejimi məhz onun hərbi əməliyyatlarda uduzduğu bir vaxtda möhkəmləndirə bilər.

BBC-nin Nyu Yorkdakı müxbirinin sözlərinə görə bu, münaqişənin siyasi həllini son dərəcə mürəkkəbləşdirə bilər.

Dövlət katibi John Kerry Sergey Lavrovla söhbəti zamanı qeyd edib ki, regionda Rusiya hərbçilərinin və hərbi texnikasının artması münaqişənin qızışmasına səbəb olacaq.

Onun sözlərinə görə, bu, həmçinin çox sayda dinc əhalinin tələf olmasına, qaçqın axının güclənməsinə və İD-lə döyüşən koalsiya ilə qarşıdurmaya gətirib çıxaracaq.

Ərəb ölkələrində bu barədə nə düşünürlər?

Səudiyyə Ərəbistanının rəhbərliyi ilə bu münaqişəyə cəlb olunumuş ərəb koalsiyası ölkələri Rusiyanın Bəşər Əsəd rejiminə artan hərbi yardımından həyəcanlanıb.

Onlar qəti əmindirlər ki, Suriyanın gələcəyi Bəşər Əsədlə bağlı olmamalıdır. Lakin indi Moskvanın Suriya prezidentini dəstəkləməsi nəticəsində onların əminliyi laxlayıb.

Son aylarda ərəb siyasətçilərinin diqqətini Tehran-Dəməşq oxundan yayındıran iki böyük hadisə baş verib. Bu, İranla Qərb arasında gedən nüvə danışıqlarında razılaşmanın əldə olunması və Suriya qaçqınları ilə bağlı yaranmış böhrandır.

İndi koalisyanın bütün diqqəti “İslam Dövləti” ilə mübarizəyə yönəlib.

Ərəb ölkələri hesab edirlər ki, Dəməşq bütün bunları, onların Suriyadakı strategiyasının iflası və İranın regionda güclənməsi kimi qəbul edəcək.

Vladimir Putinin məqsədi nədir?

Rusiyada deyirlər ki, Moskvanın bu regiondakı siyasətinin əsas məqsədi Suriyanın dövlət kimi qorunub saxlanması və ekstremist “İslam Dövləti” qruplaşması ilə mübarizədir.

“Əsəd hökumətindən daha böyük təhlükə təşkil edənlərlə mübarizə aparanlara kömək etmək lazımdır. Burada söhbət terror və Suriya ərazisinin artıq yarıdan çoxunu zəbt etmiş qorxulu təşkilatlardan gedir. Bunu isə yalnız Suriya dövlətçiliyini saxlamaqla etmək olar” – deyib Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu Şərqşünaslıq kafedrasının müdiri İrina Zvyagelskaya BBC Rus xidmətinə.

“The New York Times” qəzeti yazır ki, Rusiya Suriyanın Tartus portunda hələ sovet dövründən malik olduğu kiçik hərbi dəniz bazasını (maddi-texniki təchizat bazası) saxlamaq istəyir.

Jurnalistlərin yazdığına görə, ola bilsin ki, Vladimir Putin bu ölkənin siyasi gələcəyində Moskvanın mühüm rolunun saxlanması və Amerikanın əl ata biləcəyi hərbi imkanlar diapozonunun məhdudlaşdırılması məqsədilə Suriyadakı qüvvələri gücləndirir.

Eurasia Group analitik mərkəzinin prezidenti İan Bremmer fərqli versiya irəli sürüb. “Son aylarda Əsəd əhəmiyyəli ölçüdə ərazi itirib. Putin onun devrilməsinə yol vermək fikrində deyil, - deyib Bremmer Business İnsider nəşrinə, - Əgər Qərb müharibənin gedişini indi, Əsədin zəif olduğu bir vaxtda dəyişə bilsə, Suriyanın gələcəyi, çox ehtimal ki, Qərb tərəfindən diqtə olunacaq. Bu isə o deməkdir ki, Putin Əsədi məhz indi dəstəkləməlidir”.

Onun fikrincə, Putin Əsədə hərbi yardımı heç də ona görə artırmayıb ki, o İD-lə daha səmərəli mübarizə apara bilsin. Ekspertin rəyinə görə, Putin düşünür ki, bu bahalı işlə və onun nəticələri ilə Qərb məşğul olmalıdır.

Bu barədə daha geniş